Əliqulu xan Məhəmmədnasir xan oğlu Dəvəli-Qacar () — Nasirəddin şahın saray naziri, Nemətullahi təriqətinin şeyxi Səfiəlişahın müridi, sufi, şair.
Həyatı Əli xan Məhəmmədnasir xan oğlu 1864-cü ildə doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Zəhirəddövlə ləqəbi daşıyırdı.
Əli xan Nasirəddin şahın saray naziri, eşikağasıbaşısı olmuşdu. Sonra təşrifat vəziri vəzifəsini həyata keçirmişdi. Şahın ondan xoşu gəlirdi. 1880-ci ildə onu qızı ilə evləndirdi.
Nemətullahi təriqətinin mürşidi Mirzə Həsən Səfiəlişah 1898-ci ildə vəfat edəndən sonra Əli xan Zəhirəddövlə onun canişini oldu. 1906-cı ildə Həmədan və Kirmanşahın valisi təyin olunmuşdu.
Əli xan Zəhirəddövlə 1924-cü ildə vəfat edib.
Ailəsi Əli xan Furuğuddövlə xanım Nasirəddin şah qızı Qovanlı-Qacarla ailə qurmuşdu. Məhəmmədnasir xan adlı oğlu vardı.
Mənbə
İstinadlar
Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:Gilan hakimləri Kateqoriya:İran Qacarları Kateqoriya:İran Məşrutə inqilabı şəxsləri Kateqoriya:XX əsr İran siyasətçiləri