Bəyimli — Azərbaycan Respublikasının Ağsu rayonunun Çiyni kənd inzibati ərazi dairəsində kənd. 4 dekabr 2001-ci il tarixli 228-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağsu rayonunun Bəyimli kəndi Ərəbsarvan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Çiyni kəndi mərkəz olmaqla, Çiyni kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası Kəndin ərazisi keçmişdə Bəyimli icmasının yaylaq yeri olmuşdur. 1917-ci ildə Bəyimxanımlı variantında qeydə alınmışdır.
Tarixi
Tarixi abidələri Bəyimli kəndi ərazisində yerli əhalinin "Torpaqqala" adlandırdığı yerdə qədim yaşayış məskəni var.Ağsu rayonu ərazisində qədim yaşayış məskəni: [Bəyimli kəndi ərazisində yerli əhalinin “Torpaq qala” adlandırdığı yerdə qədim yaşayış məskəninin aşkar edilməsi haqqında] //Mədəniyyət.- 2015.- 16 yanvar.- S.11.
Coğrafiyası və iqlimi Kənd Girdimançayın sahilində, düzənlikdə yerləşir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Ağsu rayonunun kəndləri