Nəzakət Əli qızı Məmmədova () — Azərbaycan müğənnisi, Azərbaycan SSR əməkdar artisti (1974).
Həyatı Nəzakət Məmmədova 1944-cü ildə Gəncə şəhərində anadan olub. Uşaq yaşlarında atasını itirib. Valideynləri onu müəllimə görmək istəyirdilər. Onların bu istəyini nəzərə alan gənc qız Bakıya gəlir və Xarici Dillər İnstitutuna daxil olur. Amma təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olur. Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və Hacıbaba Hüseynov verirlər. Onların qarşısında "Bayatı-Qacar" oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edir. Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirən Nəzakət Məmmədova bir müddət "Lalə" qızlar ansamblında çalışır. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxır.
Ölümü Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı birinə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum edilir.
Yaradıcılığı Nəzakət Məmmədova opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirir. Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova kimi sənətkarlardan sonra Nəzakət Məmmədova da Leyli obrazları arasında yeni bir səhifə açır. O, "Rast", "Qatar", "Şahnaz", "Segah" və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınır. Azərbaycan musiqi sənətinin incəliklərini gözəl və məlahətli səsi ilə vətənindən çox-çox uzaqlara da apara bilir. Türkiyə, İran, Əfqanıstan‚ Almaniya, Belçika, İtaliya və s. ölkələrdə qastrol səfərlərində olur.
Filmoqrafiya Payız melodiyaları (film, 1974) Xanəndənin taleyi (film)
İstinadlar
Xarici keçidlər Video "Ölümdən 24 saat əvvəl" verilişi. Nəzakət Məmmədova: I hissə, II hissə Nəzakət Məmmədova - Qatar təsnifi (Sənin sözün) (mus: Ələkbər Tağıyev) Nəzakət Məmmədova - Heç küsməyin yeridirmi? Teymur Mustafayev və Nəzakət Məmmədova - Ay qız - xalq mahnısı Nəzakət Məmmədova - Ala gözlər - musiqi: Hacı Xanməmmədov, sözlər: Səməd Vurğun Nəzakət Məmmədova - Gəl, inad etmə Nəzakət Məmmədova - Muğam Nəzakət Məmmədova - Yaxın gəl Nəzakət Məmmədova - Bahar çiçəyi Nəzakət Məmmədova - Kəkliyim Nəzakət Məmmədova - Azərbaycan gölləri Nəzakət Məmmədova - Günəş kimi yanarsan - musiqi: Ramiz Mustafayev, sözlər: Vasif Mustafayev Nəzakət Məmmədova - Sən deyən olsun "Xanəndənin taleyi" filmi
Digər “Bacımı Tamerlan Qarayev öldürməyib...” Valehedici gözəlliye malik Nəzakət Məmmədovanın qara bəxtli taleyi
Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycanlı müğənnilər Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:İmamzadə qəbiristanlığında dəfn olunanlar