Cose della vita — orijinalı 1993 - cü ildə Eros Ramazotti tərəfindən ifa edilmiş mahnı. Mahnı dünyada o qədər də böyük uğur qazanmamış və ən yüksək yerə İsveçrə hit-paradında qalxmışdır ki, burada da mahnının qazandığı zirvə yeddinci yer idi. Eros Ramazottinin Cose della vita mahnısına çəkdirdiyi klipin rejissoru Spike Lee olmuşdur.
Mahnıya ikinci həyat isə Tina Törnerin sayəsində verilmişdir. Belə ki, 1997-ci ildə mahnı Eros Ramazotti və Tina Törnerin ifasında - bu dəfə duet şəklində yenidən lentə alınmışdır.
Tina Törner mahnını özünü yazdığı ingilis dilində olan sözlərlə ifa etmiş və bundan sonra mahnı "Cose Della Vita - Can't Stop Thinking of You" adlandırılmışdır.
Mahnının duet versiyası dünyada böyük uğur qazanmış və sevilmişdir. Bir çox dünya ölkələrində hit-paradlarda da uğur qazanmış mahnı ən yüksək yerə Almaniya və Niderlandda yüksəlmiş və dördüncü yerə qədər irəliləmişdir.
Cose della vita mahnısı Tina Törnerin 2004 - cü ildə çıxardığı All the Best adlı albomuna da daxil edilmişdir.
Hit parad nəticələri Eros Ramazotti YeriHit parad7İsveçrə15Avstriya11Niderland30Almaniya15İsveç17Hot Latin Tracks14Fransa
Eros Ramazotti & Tina Törner YeriHit parad4Almaniya4Niderland6European Top 1006Fransa1Latvian Airplay Top7İsveçrə8Belçika (Wallonia)10Avstriya10Latin Pop Airplay11Polşa11World18Hot Latin Tracks21Belçika (Flanders)37İsveç
Xarici keçidlər Eros Ramazzotti - Cose Della Vita YouTube - da bax Eros Ramazzotti və Tina Törner - Cose Della Vita YouTube - da bax
Kateqoriya:Eros Ramazotti mahnıları Kateqoriya:Tina Törner mahnıları Kateqoriya:1993-cü ilin mahnıları Kateqoriya:1997-ci ilin mahnıları Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:1993-cü ilin sinqlları Kateqoriya:1998-ci ilin sinqlları Kateqoriya:1998-ci ilin mahnıları Kateqoriya:İtaliya mahnıları Kateqoriya:Çoxdilli mahnılar