Valeh Hacılar () — İ. Çavçavadze adına Tbilisi Dövlət Pedaqoji Universiteti, Gürcüstan ƏA-nın akademiki, professor.

Həyatı Valeh Hacılar 1951-ci ildə Gürcüstanın Borçalının ağır ellərindən olan Darbaz kəndində dünyaya göz açıb. İmirhəsən məktəbində ilk, Darvaz məktəbində orta, M. F. Axundov adına Azərbaycan Dövlət Dillər institutunun rus-Azərbaycan filologiyası fakültəsində ali təhsil almışdır (1968–1973).

1973-cü ildə Azərbaycan və Gürcüstan Yazıçılar İttifaqlarının zəmanətləri ilə Tbilisi Dövlət pedaqoji institutuna işə göndərilmişdir.

1985-ci ildən filologiya elmləri namizədi, dosent, 1993-cü ildən filologiya elmləri doktoru, professor, 2000-ci ildən isə Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, akademikidir.

1989-cu ildə TDPI-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri seçilmişdir. Ədəbi əlaqələr və folklorşünaslıq sahəsində görkəmli alimlər sırasındadır. Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin inkişafındakı şəxsi xidmətlərinə və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1998-ci ildə Gürcüstan prezidenti tərəfindən Şərəf ordeni ilə təltif edilib. On yeddi kitab müəllifidir. Elmlə yanaşı, poeziya da onun yol yoldaşıdır. Şeirlərinin bir qismi gürcü dilinə tərcümə olunub. Gürcü, rus, ukrayna və abxaz poeziyasından dilimizə çoxsaylı tərcümələr edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin sədri olub.

2010-cu ildə vəfat edib. Vəsiyyətinə əsasən doğulduğu Darbaz kəndində torpağa tapşırılıb. Məqalələri "Ahıskalı sənətkarlar". "Ozan dünyası" jurnalı, № 2(5). 2011-ci il.

Əsərləri Borçalı Mehralı bəy tarixi həqiqətlərdə, Tbilisi-Bakı, 2001.

İstinadlar

Xarici keçidlər

525-ci qəzet

Kateqoriya:Gürcüstan azərbaycanlıları Kateqoriya:Gürcüstan alimləri Kateqoriya:Gürcüstan filoloqları Kateqoriya:Gürcüstan tərcüməçiləri Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan filoloqları Kateqoriya:Azərbaycanlı filoloqlar Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Gürcüstan şairləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər