Kane & Lynch 2: Dog Days () — IO Interactive tərəfindən yaradılan, Eidos Interactive və Square Enix (distribyutor olaraq) tərəfindən isə nəşr edilən üçüncü-şəxs atıcı janrında olan video-oyundur. 2007-ci ildə çıxan Kane & Lynch: Dead Men oyununun davamıdır. Oyun PlayStation 3, Xbox 360 və Microsoft Windows platformalarında buraxılıb. Baş qəhrəmanlar cinayətkarlar - Keyn və Linçdir. Hadisələr Şanxay şəhərində cərəyan edir.
Maraqlı faktlar Birinci mərhələdə küçədə, kiçik kompüter video-oyun mağazası var. Orada Mini Ninjas və Hitman seriyasından olan oyunlarında üzlüklərini görmək olar. Hər iki oyun IO Interecative tərəfindən yaradılıb. Oyundakı nəzər həvəskar kamera çəkilişi stilində yaradılıb. Buna qədər bu cür forma heç vaxt oyun sənayəsində praktikadan keçirilməyib.
Həmçinin bax Kane & Lynch: Dead Men
Xarici keçidlər Kane & Lynch 2: Dog Days Rəsmi saytı Kane & Lynch 2: Dog Days Fan sayt
Kateqoriya:2010-cu ilin videooyunları Kateqoriya:Üçüncü şəxs atıcılar Kateqoriya:Windows videooyunları Kateqoriya:Xbox 360 videooyunları Kateqoriya:PlayStation 3 videooyunları Kateqoriya:IO Interactive oyunları Kateqoriya:Mütəşəkkil cinayətkarlıq haqqında videooyunlar Kateqoriya:Hadisələrin Çində cərəyan etdiyi videooyunlar Kateqoriya:Hadisələrin Çində cərəyan etdiyi videooyunlar Kateqoriya:Nixxes Software oyunları Kateqoriya:Square Enix oyunları Kateqoriya:Birnəfərli və çoxnəfərli oyunlar Kateqoriya:Videooyun sikvelləri Kateqoriya:Neonuar Kateqoriya:Postmodern əsərlər