Ninqican və ya Nnkiçan; əvvəlki adı: Kiçik Cəmiyyət (rusdilli mənbələrdə: — , ) — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Xocavənd rayonunun ərazisində keçmişdə mövcud olmuş kənd. Ehtimal edilir ki, bu keçmiş kəndin ərazisi hazırda Xocavənd rayonunun Cəmiyyət kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olunur.
Hazırda, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə Xocavənd rayonunun tərkibində bu adda kənd qeyd olunmur, bu kəndin yaxınlığındakı başqa bir kəndə birləşdirildiyi və ya ümumiyyətlə ləğv edildiyi ehtimal edilir.
Tarixi Rus dilinin islahat öncəsi orfoqrafiyası ilə tərtib olunmuş xəritədə məntəqədin adı M Camiat (), yəni Malı Camiat () — yəni Kiçik Cəmiyyət kimi qeyd olunmuşdu.
Azərbaycan SSR-nin 1 yanvar 1961-ci və 1 oktyabr 1963-cü illər üçün tərtib olunmuş inzibati ərazi bölgülərində o vaxt mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun Nnki kənd Sovetinin tərkibində Nnki (indiki Cəmiyyət), Nnkiçan kəndləri göstərilir. Azərbaycan SSR-nin 10 iyul 1968-ci və 1 yanvar 1977-ci illər üçün tərtib olunmuş inzibati ərazi bölgülərində Nnkiçan kəndi həmin rayonun tərkibində artıq göstərilmir, rayonun Ninki kənd Sovetinin tərkibində isə yalnız Ninki (indiki Cəmiyyət) kəndi göstərilir.
Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Martuni rayonunun Xocavənd rayonu adlandırılması, Hadrut rayonunun ləğvi, ləğv edilmiş Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilməsi qərara alındı. Həmçinin, Azərbaycan Respublikasının Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli qərarı ilə Ninki kəndi Cəmiyyət adlandırılmışdı. Bununla, vaxtılə mövcud olmuş Nnkican kəndinin ərazisi hazırda Xocavənd rayonunun Cəmiyyət kənd inzibati ərazi dairəsinin ərazisində yerləşmiş olur, amma hazırda Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü təsnifatında Nnkiçan adında kənd qeyd olunmur.
Birinci Qarabağ müharibəsinin nəticəsində keçmiş kəndin ərazisi 1990-cı illərin əvvəllərində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində keçmiş kəndin ərazisi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Həmçinin bax
Bilbilək
İstinadlar
Kateqoriya:Xocavənd rayonunun ləğv olunmuş kəndləri