Kürdlər ( — "Kurd") — Yaxın Şərqdə Türkiyə, İraq, İran, Suriya ərazisində kompakt halda yaşayan xalq. Əsasən kürd, türk, ərəb və fars dillərində danışırlar.

Kürd tayfaları qədimdən cənub-qərbi İranda yaşamışlar. "Kürd" sözü qədim dillərdə "pəhləvan", "mərd" deməkdir.Етнографик очерк, cəh. 59. // Мəhəммəд Һəcəн Bəлиjeв (Бahaрлы). "Азәрбајҹан" (Физики–ҹоғрафи, етнографик вə игтисади очерк). Илк нəшри: 1921-ҹи ил; Тәкрар нәшр. Русҹадан тəpҹүмə едəни Васиф Гулиjeв. Бакы: "Азәрбајҹан" нəшриjjaты, 1993, 192 cəh.

Dil və mənşə Kürdlük anlayışının milliyyət anlamında kimlərə məxsus olduğu elmi mühitdə günümüzdə mübahisəli mövzular sırasında dayanmaqdadır. Beləki kürd milliyyətçiləri tərəfindən kürd hesab edilən xalqlar elmi araştırmalara əsaslanan dilçilər və əksər etnoqraflar tərəfindən ayrı-fərqli xalq olaraq qəbul edilirlər. Əsas mübahisəyə səbəb olan lək, kəlhur, feyli, mamasani, bəxtiyari, lur, goran və zaza dilində danışan xalqların kürdlərin tərkibinə daxil edilməsidir. Dil və mənşə araştırmaları əsas alınaraq demək mümkündür ki kürdlər iki əsas — ana etnoqrafik qrupa ayrılırlar: Soran və Kurmanc . Soran diliEtnologue report for language code :ckb : Kurmanc diliEtnologue report for language code :kmr :

Məskunlaşma Kürdlərin sayına dair müxtəlif təxminlər mövcuddur. Ancaq təxmini də olsa bu haqda rəqəmlər irəli sürmək olduqca çətindir, belə ki, XXI əsrin əvvəlində kürdlər dünyaya səpələnmiş şəkildə onlarla ölkədə yaşasalar da onların əksəriyyəti bu ölkələrdə yeni yaranmış diasporalara sahibdirlər və əksərən yaşadıqları ölkələrin vətəndaşları deyildirlər. Nəticədə onların saylarına dair təxminlər verilərkən böyük ölçüdə vətəndaşlıqları ikinci plana alınaraq gözardı edilir, həm vətəndaşaları olduqları ölkələrdə həm də əcnəbi statusunda yaşadıqları ölkələrdə hesablanırlar və nəticədə təxminlər qeyr-real şəkil alaraq süni olaraq artır. Əminliklə söyləmək münkündür ki, kürd etnosuna mənsub fərdlərin təxminən 90–95%-ə qədəri Türkiyə, İraq, Suriya və İran dövlətlərinin vətəndaşlarıdır (xeyli ölçüdə İraq, İran və Suriya vətəndaşı olan kürd əsilli əhali müharibə və digər humanitar fəlakətlərin təsirindən yayınmaq, daha yaxşı həyat şəraiti axtarışı və sairə amillərin təsiri ilə qeyr-qanuni şəkildə Türkiyəyə köçmüş və hazırda vətəndaşlıqları olmadan daimi olaraq bu ölkədə yaşayırlar). Avropada məskunlaşmış kürd diasporalarına aid olan insanların təxminən 75%-80%-i isə məskunlaşdıqları ölkələrin vətəndaşları deyildirlər (böyük ölçüdə Türkiyə vətəndaşlarıdır).

Türkiyədə thumbnail|250px|1965-ci il sa.-ına əsasən ana dili kürdcə olan əhalinin vilayətlər üzrə paylanması

Türkiyədə kürdlərin sayına dair bütün hazırkı rəqəmlər müəyyən hesablamalar əsasında alınmış təxminlərdən ibarətdir. 1965-ci ildə aparılmış siyahıyaalmada kurmanc dilini ana dili kimi 2.219.502 nəfər (ana dilini kurmanc dili olaraq qeyd edənlərin 1.323.690Heinz Kloss & Grant McConnel, Linguistic composition of the nations of the world, vol,5, Europe and USSR, Québec, Presses de l'Université Laval, 1984, ISBN 2-7637-7044-4 nəfəri kurmanc dilindən başqa dil bilməmişdir), "ikinci ən yaxşı bildiyi dil" kimi (yəni ana dilini kurmanc dilindən başqa bir dil olaraq göstərən və həmçinin kurmanc dilini də bildiyini qeyd edənlər; bunlar içərisində ana dilini zaza, türk, ərəb, çərkəz, süryani və erməni dilləri olaraq qeyd edənlər birlikdə 99%-dən çox olmuşdur) isə 429,168 nəfər göstərmişdir, yəni Türkiyənin zazalar sayılmadan qeyd edilən iki göstəriciyə əsasən kurmanc dilini bilən əhalisi 2,648,670 nəfər olmuşdur.Escarré International Centre for Ethnic Minorities and Nations :Recent Changes in Turkey’s Language Legislation Beləliklə, 1965-ci ildə 31,391,421 nəfər olan Türkiyə əhalisinin ən yüksək ehtimalla 8,44%-ni kürdlər (kurmanclar) təşkil edirdi (Belə ki, kürd dilinin kurmanc ləhcəsini bilən hər kəs etnik olaraq kürd olmamışdır, yəni "ikinci ən yaxşı bildiyim dil" qrafasında "kurmancca" deyə qeyd edənlərin içərisində kökən olaraq şərqi anadoluda kürdlərlə iç-içə yaşayan və müəyyən dərəcədə "dil baxımından kürdləşmiş" şiə türklər-öz deyimləri ilə ələvi türkmənlərin, həmçinin məlum səbəblərdən dolayı əsasən XX əsrin əvvəllərində 1910–1920-ci illərdə sürətlə islamı qəbul etmiş və ya onun kölgəsinə sığınmış bölgədən köç etməyərək "erməni şüuruna sahib olduğu halda" özünü kürd olaraq göstərən ermənilərin, kürdlərlə qarşılıqlı dolğun qohumluq əlaqələri olan ərəblərin müəyyən hissəsinin, kürdlərdən ayrı bir millət hesab edilən zazaların da olması nəzərə alınmalıdır). Türkiyə Statistika Qurumunun 31 dekabr 2013-cü il tarixinə olan rəsmi təxminə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 76,667,864 nəfərdir .Türkiye İstatistik Kurumu: Adrese Dayalı Nüfus Kayıt Sistemi Sonuçları, 2013 Əgər bu nisbət payı (8,44 %) olduğu kimi qalsaydı onda 2013-cü ilin sonuna olan təxmini hesablamalara əsasən Türkiyədə ən çoxu 6.471 milyon nəfər kürd yaşamalıdır. Ancaq uzun illərdir kürdlərin əksəriyyətinin məskunlaşdığı Türkiyənin şərq və cənub-şərq vilayətlərində əhalinin təbii artımının yüksək olması, həmçinin 1-ci körfəz müharibəsində 1 milyondan artıq kürdün İraqdan Türkiyəyə keçərək burada məskunlaşması kürdlərin ölkə əhalisi içərisində payını xeyli artırmışdır. Konda : Araştırma ve Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araştırmanın yekunları əsasında 2006-cı ilə verdiyi təxminə əsasən Türkiyə əhalisinin 76%-ni Anadolu türkləri, 15,7%-ni kürdlər və zazalar, 2,8%-ni digər türk xalqlarının nümayəndələri, 0,7%-ni ərəblər, 4,7%-ni isə digər etnik qruplar təşkil edir.Milliyet Gazetesi: 55 milyon kişi 'etnik olarak' Türk

İranda

250px|thumb|right|2010-cu ildə İran Mədəniyyət Nazirliyinin həyata keçirdiyi ölkə miqyaslı sorğuya əsasən danışanların ana dili əsasında İran kürdlərinin məskun olduqları ostanlar və həmin ostanlarda əhali içində nisbətləri. İranda kürdlər ölkə əhalisinin təxminən 5 %Volume 2. Dabbagh – Kuwait University. — Iran, page 1111–1112. // Encyclopedia of Modern Middle East & North Africa. Second Edition. Volume 1–4. Editor in Chief: Philip Mattar. Associate Editors: Charles E. Butterworth, Neil Caplan, Michael R. Fischbach, Eric Hooglund, Laurie King–Irani, John Ruedy. Farmington Hills: Gale, 2004, 2936 pages. ISBN 9780028657691 – 7%National portal for electronic services of İran :…The Kurds, who make up about 7 percent of the population, reside primarily in the Zagros Mountains near the borders with Iraq and Turkey.Lyle, Garry. Iran (series: Major World Nations), Philadelphia: Chelsea House Publishers (1999); pg. 9–10.-ni təşkil edirlərlər (bu zaman bu qurupun içərisinə sayları 1 milyondan yuxarı olan və lur dilində danışan ləklər, lur dilində danışan feylilər və kermanşahilər, həmçinin tutarlı elmi əsaslarla kürd olmadıqları təsdiqlənmiş zaza toplumuna daxil olan goranlar və s. kürdlüyü mübahisə doğuran qruplar sayılmadan irəli sürülmüş təxminlərə əsasən 5,3%Asia Times Online :Iran's lurking enemy within :.. These assassinations were complemented with aggressive counter-insurgency tactics and a determined effort to isolate the extremist separatists from the mass of Iranian Kurds (who make up about 5% of the country's population)…) və bu payla onların İranda sayı 2006-cı ilə olan təxmini hesablamalara əsasən 4,9 milyon nəfərdir.

İraqda

1957-cii ildə İraqda aparılmış siyahıyaalmanın 1959-cu ilin əvvəlində elan olunmuş yekun nəticələrinə əsasən İraqın 6,34 milyon nəfərlik əhalisinin 12,92%-ni (819 min nəfər) kürdlər, 8,94%-ni (567 min nəfər) isə türkmanlar təşkil etmişdir. Sonrakı siyahıya almalarda türkmənlərin sayı süni şəkildə azaldılaraq bölgələrdən asılı olaraq ya ərəb ya da kürd kimi qeyd edilmişdir. 2008-ci ilə olan rəsmi təxminə əsasən İraq əhalisi 31,895,637 nəfərdir . Müxtəlif təxminlərə əsasən kürdlər ölkə əhalisinin təxminən 13%-ni, 15%CİA :Iraq :…Ethnic groups: Arab 75%-80%, Kurdish 15%-20%, Turkoman, Assyrian, or other 5%-ni, 17%Russell, Malcom B. The Middle East and South Asia 1997 (The World Today Series). Harpers Ferry, West Virginia: Stryker-Post Publications (1997); pg. 104.Islamopedia Online :Kurds in Iraq -ini və ya 20%-ni təşkil edirlər və bu payla onların İraqda sayı 2008-ci ilə olan təxmini hesablamalara əsasən 4,1–6,4 milyon nəfərdir.

Suriyada

250px|thumb|right|Suriya və Livanda dini və etnik topluluqların xəritəsi, 1935-ci il Suriya Mərkəzi Statistika Bürosunun son rəsmi məlumatına əsasən 31.12.2011 tarixinə ölkənin daimi əhalisinin sayı 21,377,000Syrian Arab Republic Office Of Prime Minister — Central Bureau Of Statistics :Estimates of Population actually living in Syria by governorate and sex (000) * on 31/12/2011, Table 3/2---or---تقدير عدد السكان المتواجدين في سورية حسب المحافظة والجنس (بالألف)* في31 / 12 / 2011 : The number doesn’t include syrian population abroad nəfər olduğu təxmin edilir. Suriyada kürdlərin ümumi əhali içərisindəki nisbətinə dair müxtəlif təxminlər (1993-cü ilə 938 min nəfər və ya əhalinin 6,3%-i ; 1995-ci ilə 1,075,100The Unreached Peoples Prayer Profiles :The Western Kurd of Syria nəfər və ya 14,661,500 nəfər ölkə əhalisinin 7,33%-i ; 2001-ci ilə 500 min nəfər və ya əhalinin 2,8%-i ; 2002-ci ilə 1,5 milyon nəfər və ya əhalinin 8%Carl Dahlman, ‘The Political Geography of Kurdistan’, Eurasian Geography and Economics, Cilt 43, Sayı 4 (2002), s. 274.-i ; 2004-cü ilə 1,8 milyon nəfər və ya əhalinin 10%Gary C. Gambill, ‘The Kurdish Reawakening in Syria’, Middle East Intelligence Bulletin, Cilt 6, Sayı 4, (Nisan 2004), , erişim: 26 Nisan 2006.-i ; 2004-cü ilə 2,5 milyon nəfər və ya əhalinin 13%-14%Arabic News, 16 Haziran 2004, Kurdish parties in Syria defy banning decision , erişim: 3 Mayıs 2006.-i)Abdi Noyan Özkaya :Suriye Kürtleri: Siyasi Etkisizlik ve Suriye Devleti’nin Politikaları :Cilt 2, No: 8 ss.90–116 . 2007 mövcuddur. Bu təxminlər 2,8%-dən 14%-dək dəyişməkdədir. Bu təxminləri nəzərə alaraq Suriyada kürdlərin sayını 2011-ilin sonu üçün 0,6–3 milyon arasında qiymətləndirmək münkündür.

Azərbaycanda Kürdlər hazırda Naxçıvan MR-nın Şərur rayonunun Dərəkənd kəndində yaşayırlar, həmçinin erməni işğalına qədər Laçın (Qarakeçdi, Minkənd, Kamallı, Şeylanlı, Katos, Ağcakənd Şəlvə Ağbulaq kəndləri), Kəlbəcər (Soyuqbulaq, Yuxarı Şurtan, Orta Şurtan, Aşağı Şurtan, Xallanlı, Çaykənd, Ağcakənd və Oruçlu Rəhimli (Kəlbəcər) elliklə), Qubadlı (Zilanlı Kürd Mahruzlu kəndi) rayonlarında da kürdlər yaşayırdılar. İşğaldan sonra bu rayonların əhalisi Azərbaycanın digər şəhər və rayonlarına məcburi köçkün düşmüşlər.Azerbaijan.az saytı. İnzibati-ərazi vahidi üzrə məlumat. Bax: Rayonların tarixi haqqında qısa məlumat +Kürdlərin sayı: 1979, 1999, 2009 sa. İnzibati-ərazi vahidi 1979 1999Population statistics of Eastern Europe:Ethnic composition of Azerbaijan by 1999 census 2009Population statistics of Eastern Europe:Ethnic composition of Azerbaijan by 2009 census Bütün ölkə üzrə 5 67613 075The United Nations Statistics Division :27.01.1999 census of Azerbaijan6 065Laçın rayonu2 4375 0731 914 Naxçıvan MR1 6962 2821 321Samux rayonu865753Xaçmaz rayonu485607603İsmayıllı rayonu382498Yevlax rayonu879210Bakı şəhəri ə/d51760185Goranboy rayonu…162102Qazax rayonu102100Ağstafa rayonu6768Kəlbəcər rayonu41 24838Göygöl rayonu29912334Gəncə şəhəri12231Tərtər rayonu7727Abşeron rayonu…27Şəki rayonu1154726Şəmkir rayonu…6822Oğuz rayonu…21Ağcabədi rayonu118Lənkəran rayonu…14Zəngilan rayonu…14Sumqayıt şəhəri ə/d…9Daşkəsən rayonu208Mingəçevir şəhəri57Salyan rayonu344Şuşa rayonu333Gədəbəy rayonu321Tovuz rayonu147…Göyçay rayonu6…Bərdə rayonu3…Xocalı rayonu2…Füzuli rayonu…1…Saatlı rayonu…1…