Qumlaq (əvvəlki adı: Qumlaq d.y. razyezdi yanında qəsəbə) — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə.
Toponimikası Bu qəsəbə Qumlaq dəmir yolu keçidi yanında salındığına görə bela adlandırılmışdı. Coğrafiyası Qumlaq qəsəbəsi Araz çayının sahilində, düzənlikdə yerləşir. Qəsəbənin ərazisinin mühüm hissəsi hal hazırda Xudafərin su anbarının altındadır. Qəsəbənin ərazisinin hündürlüyü təqribən 268 m təşkil edir.
Tarixi Birinci Qarabağ müharibəsi dövründə Cəbrayıl rayonunun əraziləri 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi.
İkinci Qarabağ müharibəsi dövründə 2020-ci ildə Cəbrayıl rayonu işğaldan azad olunmuşdu. Rayonun Cocuq Mərcanlı kəndi hələ 1994-cü ildə işğaldan azad olunmuş, 2016-cı ildə isə Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi. Qumlaq qəsəbəsindən nisbətən yaxınlığında yerləşən Qumlaq kəndinin işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsi dövründə 19 oktyabr 2020-ci ildə elan olunmuşdu.
30 oktyabr 2020-ci il tarixində "Qumlaq" sərhəd zastavası üzərində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu sərhəd zastavası xidməti-döyüş fəaliyyətinə başlayıb.
İqtisadiyyatı Sovet vaxtında qəsəbənin ərazisi tərəfdə Qumlaq dəmir yol stansiyası yerləşirdi.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti
Kateqoriya:Cəbrayıl rayonunun qəsəbələri