Səfikürd — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi
Toponimikası Səfikürd oyk., miir. Goranboy r-nunun eyniadlı i.ə.v.-də kənd. Kiçik Qafqazın ətəyindədir. Yerli məlumata görə yaşayış məntəqəsi Səfi adlı bir kürdün yurd yerində salındığı üçün belə adlandırılmışdır. Tədqiqatçılar isə oykonimi sufikürd tayfa adı ilə əlaqələndirirlər. Kənd 1917-ci ildə Gəncə qəzasına daxil olmuş və Sefmyurd variantında qeydə alınmışdır. R-nun ərazisində eyniadlı dağ da vardır. Görünür dağın və kəndin adı dağdakı yaylaq yurdlarına görə verilmişdir. Oykonim “Səfinin yurdu“ və ya “cərgə ilə düzülmüş yurdlar” mənasındadır. Dağlıq ərazidədir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 114 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Göygöl rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Göygöl rayonunun ləğv olunmuş kəndləri