Ağoğlançay — Həkəri (Əkərə) çayının sağ qolu olub Laçın rayonundan axır. Yuxarı axarında Minkənd və ya Əhmədli, aşağı axarında isə Zabux adlanır. Adını ərazidəki eyniadlı Ağoğlan dağından almışdır.

Ağoğlançay öz mənbəyini Minkənd ərazisindən götürür və Laçın şəhərinin cənubunda və Zabux kəndinin cənub-şərqində Həkəri çayına tökülür.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Azərbaycan çayları