Livədirqə — Azərbaycan Respublikasının Lerik rayonunun Livədirqə kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.

Əhalisi Əhalisi 1196 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Toponimiyası XIX əsrdə Livə və Livəyə variantlarında qeydə alınmış bu oykonimi “sürüşən, tərpənən yer” və ya “yarpaqla dolu yer” kimi izah edirlər. Bəzi tədqiqatçıların ehtimalına görə, Livədirqə adı talış dilindəki lü (kiçik çay) -və (birləşdirici şəkilçi) və Dirqə (qədim Driq mahalının talış, adı) komponentlərindən düzəlib, “kiçik çay kənarında diriqlərin məskəni” mənasını bildirir.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.

Həmçinin bax

İstinadlar

Kateqoriya:Lerik rayonunun kəndləri