Rəhimağalı — Azərbaycan Respublikasının Ağsu rayonunun Çaparlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Keçmişdə kənd həm də Eldəlləkli adlanırdı.Rəhim ağa orada məskunlaşan ailələrin başçısı idi. XIX əsrin ortalarında Cavad qəzasında yaşamış 67 ailədən ibarət obanın məskunlaşması nəticəsində yaranmışdır.
Təsərrüfat Əhali əsasən maldarlıq və əkinçiliklə məşğuldur.Əvvəllər isə kəndin ərazisinə üzümçülük və pambıqçılıq sahələri əkilsədə sonradan kolxozçuluğun zəifləməsi bu sahədə kəndə mənfi cəhətdən öz təsirini göstərdi.Bundan sonra kənd bələdiyyəsi torpaqları əhali arasında bölüşdürərək onların taxılçılıq və digər əkinçiliklə məşğul olmasına şərait yaratdı.
Ziyalılar Şıxəliyev Səfər Qubat oğlu - 20 noyabr 1920-ci ildə Ağsu rayonu, Rəhimağalı kəndində anadan olmuşdur. 1942-ci ilin yanvarından 1945-ci ilin mart ayınadək İkinci Dünya müharibəsində iştirak etmişdir. Səfər müəllimin ağır döyüş yolu Kaluqa, Tula, Smolenski, Belarusdan keçib. 1985-ci ildə Ağsunun "Birlik" qəzetində müharibədə göstərdiyi fədakarlıq və qəhrəmanlığı haqqında A.Qaçayevin müəllifi olduğu "Baş serjant" adlı məqalə dərc edilmişdir. Müharibədən qayıtdıqdan sonra indiki Bakı Dövlət Universitində Tarix müəllimi ixtisası üzrə təhsil alıb. Məzun olduqdan sonra əlli ilə yaxın Ağsu rayonununda tarix, coğrafiya fənnini tədris etmiş və müəllim, baş müəllim, məktəb direktoru işləmişdir. O, yetirmələrinin hər zaman vətənpərvər ruhda böyümələri üçün səmərəli iş aparmışdır. Səfər müəllim həm də el ağsaqqlı, tanınmış ziyalı idi. El obasının dərin hörmətini qazanmışdır. Gənclərimiz onun xeyir-duası ilə xoşbəxtliyə qovuşmuşdur. Nümunəvi ailə başçısı olan Səfər müəllim həm də Ağsudan yeganə döyüşçü olmuşdur ki, "Şöhrət" ordeni ilə təltif edilmişdir. 9 may 2026-cı ildə İkinci Dünya müharibəsi qələbəsinin 81-ci ildönümü münasibətilə onun haqqında "Azərbaycan" Rəsmi Dövlət qəzetində "Qorxmaz döyüşçü, vətənpərvər müəllim" və "Sumqayıt" qəzetində isə "Tarixdə qalan illər" adlı məqalələr onun əzizləri tərəfindən dərc edilmişdir. Gənclərə örnək olan Səfər müəllim 24 dekabr 1997-ci ildə dünyasını dəyişmişdir. Onun xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Məqalə nəvəsi Vasif Əzizov tərəfindən təqdim edilmişdir.
Həmçinin bax Xançoban mahalı Rəhimağalı bələdiyyəsi
Xarici keçidlər Əlavə Meta Məlumatlar Rəhimağalı kosmosdan çəkiliş İstinadlar 2. https://www.azerbaijan-news.az/az/pdf/list
Kateqoriya:Ağsu rayonunun kəndləri