Hacıvar — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Hacıvar kənd inzibati ərazi dairəsində kənd. 30 sentyabr 2003-cü il tarixli 500-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Hacıvar kəndi Yarımca kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Hacıvar kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Oykonim "Hacı" (şəxs adı) və iranmənşəli "var" (yer, kənd) komponentlərindən düzəlib, "Hacıya məxsus kənd" mənasındadır

Coğrafiyası və iqlimi Kənd Naxçıvançayın sahilində, Arazboyu düzənlikdə yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19996833403432009↗809↗391↗418

Təhsil Kənddə Hacıvar kənd tam orta məktəbi fəaliyyət göstərir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Babək rayonunun kəndləri Kateqoriya:Hacıvar kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri