Aşağı Uzunoba — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsində kənd. 30 sentyabr 2003-cü il tarixli 500-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Uzunoba kəndi Şıxmahmud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Yuxarı Uzunoba kəndi mərkəz olmaqla, Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Oykonim "aşağıda yerləşən Uzunoba kəndi" deməkdir.

Tarixi

Tarixi abidələri Aşağı Uzunoba kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi34II Kültəpə yaşayış yeri Tunc dövrüAşağı Uzunoba kəndiAxeolojiDünya

Coğrafiyası və iqlimi Kənd Naxçıvançayın sahilində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19994232062172009↗486↗239↗247

Tanınmış şəxsləri Ziyafət Əsgərov — 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, hüquq elmləri namizədi, professor.

İqtisadiyyatı

Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Babək rayonunun kəndləri Kateqoriya:Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri