Qaratəpə (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun Qaratəpə kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Sabirabad rayonunun Pokrovka kənd inzibati ərazi vahidi tərkibindəki Pokrovka kəndi Qaratəpə kəndi, Pokrovka kənd inzibati ərazi vahidi Qaratəpə kənd inzibati ərazi vahidi adlandırılmışdır.

Tarixi Kəndin əsası XIX əsrin 30–40-cı illərində bura köçürülmüş rus kolonistlər tərəfindən qoyulub. Həmin dövrdə Volqaboyu, Stavropol və Rostov ərazilərindən minlərlə rus kəndlisi Azərbaycanın Muğan düzünə məskunlaşdırılmışdı.

Əhalisi

Mədəniyyəti Qaratəpə kənd ərazisində 2 məktəb,1 kiçik tipli tibbi mərkəz, 1 Suvarma sistemleri idarəsi yerləşir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Sabirabad rayonunun kəndləri