Ulacalı — Azərbaycan Respublikasının Sabirabad rayonunun Ulacalı kənd inzibati ərazi dairəsində kənd.

Etimologiya Azərbaycan ərazisində çoxlu toponimlər mövcuddur, güman edildiyi kimi, belə toponimlər (etnotoponimlər) Abdal, Abad, Abadkənd, Bazar, Bayan, Baltalı, Bostançı, Qurt, Cağatay, Duvannı, Qalaqayın, Qaracalar, Qarğalı, Kərki, Qurqulu, Qılıçlı, Ulucalar, Danaçı və Yaycı kimi əks etdirən bəzi türk boylarının adları mövcuddur. Bu etnotoponimləri aşağıdakı türk etnikləri ilə əlaqələndirmək olar: abdal, avat, bazar, bayan, balta, boston, qurt, çağatay, duvan, kain/qain, qarac, kərki, kirgil, kiliç, olco, tana, yayci və s.Г. А. Гейбуллаев, О НЕКОТОРЫХ АЗЕРБАЙДЖАНСКИХ ЭТНОТОПОНИМАХ, 1985.

"Ulacalı" toponimin əsası, yəqin ki, Oljo etnonimi ilə tanış ola bilərsiniz, məsələn, qırğız tayfasının adı kimi Oljo, Oljoboy, Oljoçu.Абрамзон С. М. Этнический состав киргизского населения Северной Киргизии, с. 126.

Coğrafiyası və iqlimi Ulacalı kəndi əsasən dəniz səviyyəsindən aşağıda yerləşmişdir. Bütün ərazisi düzənlikdir. Bitki örtüyünün say müxtəlifliyi çox deyil. Xarakterik meşələr Tuqay meşələridir. Burdakı ağaclar yarımsəhra və quru çöl iqliminə uyğun olan palıd, ağcaqayın və söyüd ağaclarıdır. Kollardan isə yovşan və dəvətikanı üstünlük təşkil edir.

Heyvanlar aləmi isə Tuqay meşələrinin heyvanları ilə məhdudlaşır. Bu heyvanların demək olar ki nəsli kəsilmişdir. Bura tülkü, qaban, cüyür, dələ, canavar aiddir.

İqlim yarımsəhra və quru çöl iqlimidir. Yayda orta temperatur +37,7 dərəcə olur. Yağıntılar az–az və bol miqdarda düşür. Hər yağıntı zamanı tıxminən 55–65 mm yağıntı olur. Qış fəslində orta temperatur +4,7 dərəcə olur. Yağıntılar yayda olduğu kimi yenə də çox kasad, lakin bol olur. Küləklər əsasən isti cənub–qərb küləkləridir.

Görkəmli şəxslər Böyük Vətən Müharibəsi illərində(1941-1945)Ulacalı kəndindən 58 nəfər döyüslərdə həlak olmuşdur. Birinci Qarabağ müharibəsi şəhidləri: Əhmədov Daşqın Qonsur oğlu Əhədov Cavid Abduləhəd oğlu Mövludov Rafiq İsrəfil oğlu Dostiyev Aydın Əlisoltan oğlu Aslanov Fəqani Məhərrəm oğlu Qeyri-döyüş şəraitində həlak olanlar: Nəsirov Natiq Firudin oğlu Məmmədov Vüsal Güloğlan oğlu Mehdiyev Fəhmin Daşqın oğlu

Aqşin Ağayev — İkinci Qarabağ müharibəsi şəhidi. Antiterror əməliyyatı şəhidi: Muradov Əzizbəy Etibar oğlu Məmməd Nəsirov (1939–) — Tibb elmləri doktoru, professor, 91-lər hərəkatının üzvü.

Din Kənddə Ulacalı kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

İstinadlar

Kateqoriya:Sabirabad rayonunun kəndləri