Kıncıvo — Azərbaycan Respublikasının Lerik rayonunun Vizəzəmin kənd inzibati ərazi dairəsində kənd. Bu kənd Konjavu çayının sahilində, Peştəsər silsiləsinin yamacındadır. 2009-cu il tarixində əhalisinin sayı 199 nəfər olmuşdur. 2021-ci ildə kənd ərazisində 37 yaşayış məntəqəsi qeydə alınmışdır. Tədqiqatçılara görə oykonim Talış dilində Kıncə'vo  sözündən olub ("Kıncə–küncdə,yanda,böyürdə", "Vo– yel,meh,külək") küncdə əsən yel (külək) mənasındadır. (burda Xəzri küləyi nəzərdə tutulur). Kıncıvo ayrıca Konjavu, Kncıvo, Qıncvo və Konzhavu kimi də adlandırılır. Yaşlı kənd sakinlərinin dediyinə görə bu yerin adı kəndin ərazisindən axan Konjavuçayın adı ilə bağlıdır və lap qədim tarixi adı isə Gəncəvi olmuşdur. Bu ərazi İkinci Dünya müharibəsi başlamazdan əvvəl və sonra Azərbaycanın neft sənayesinin inkişafı dövründə neft qazma əməliyyatları üçün kiçik bir lojistik hazırlama nöqtəsi rolunu oynamışdır.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.

Əhalisi Əhalisi 199 nəfərdir. Hazırda 37 yaşayış evi varAzərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Toponimiyası Tədqiqatçılara görə, oykonim Tališ dilinde -Kıncəvo sözündən olub, "küncdən, böyürdən əsən külək yeri" (burada Xəzri küləyi nəzərdə tutulur) mənasındadır.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 399.

Relyefi Bu kənd Konjavu çayının sahilində, Peştəsər silsiləsinin yamacındadır.

Həmçinin bax Həzovi Jindi Kekonu

İstinadlar

Kateqoriya:Lerik rayonunun kəndləri