Zərigümaco — Azərbaycan Respublikasının Lerik rayonunun Piran kənd inzibati ərazi dairəsində kənd. 15 mart 2002-ci il tarixli 273-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lerik rayonunun Zərigümaco kəndi Siyov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Piran kəndi mərkəz olmaqla Piran kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimiyası Oykonim Zəri (şəxs adı), talış dilindəki kümə (koma, alaçıq) və co (yer, sahə) sözlərindən əmələ gəlib, “Zərinin koma yeri, Zəriyə məxsus alaçıq yeri” mənasındadır.

Əhalisi Əhalisi 354 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Lerik rayonunun kəndləri