Kür Qarabucaq — Azərbaycan Respublikasının Neftçala rayonunun Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Keçmışdə burada mövcud olmuş Qarabucaq adlı iki kəndi bir–birindən fərqləndirmək üçün biri Kür çayı sahilində yerləşdiyi üçün Kür Qarabucaq, digəri isə Kürün qollarından birinin üzərində yerləşdiyi üçün Xol Qarabucaq adlanmışdır. Oronimin ikinci komponenti bucaqların bir qolu olan qarabucaqların adı ilə bağlıdır.
Coğrafiyası və iqlimi Kənd Kür çayı sahilində yerləşir.
Din Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR — 2018-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
Tanınmış sakinləri Adıgözəl Gözəlov (1907–1966) — Azərbaycan–sovet partiya və dövlət xadimi, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri (1943–1946), Azərbaycan SSR balıq sənayesi naziri (1954–1957).
İstinadlar
Həmçinin bax
Kateqoriya:Neftçala rayonunun kəndləri