Alçabulaq — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun Sırıq kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Viləş çayının sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Soxulcandır. Soxulcan XIX əsrdə Lənkəran qəzasında yaşamış təklə tayfasının tirələrindən birinin adıdır. XX əsrin 80-ci illərində kəndin adı gülməli səsləndiyi üçün dəyişdirilərək yaxınlığındakı bulağın adı ilə adlandırılmışdır.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 44

Bulaqları Olduqca gözəl təbiəti olan Alçabulaq kəndinin gözəl şəfalı bulaqları mövcuddur. Yeddi çeşmə, kənd bulağı, Saxsılı bulaq və s. kimi bulaqları vardır. Kənd ərazisində əsasən maldarlıqla məşğul olunur.

İstinadlar

Xarici keçidlər http://yardimli-ih.gov.az/ http://modern.az/az/news/12310#gsc.tab=0

Kateqoriya:Yardımlı rayonunun kəndləri