Mollacəlilli (əvvəlki adı: Yeni Əlibayramlı) — Azərbaycan Respublikasının Göygöl rayonunun Mollacəlilli kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Xanlar rayonunun Yeni Əlibayramlı kənd inzibati-ərazi vahidi tərkibindəki Yeni Əlibayramlı kəndi Mollacəlilli kəndi, Yeni Əlibayramlı kənd inzibati-ərazi vahidi Mollacəlilli kənd inzibati-ərazi vahidi adlandırılmışdır.

Toponimikası Keçmiş adı Molla Cəmilli olmuşdur. Yaşayış məntəqəsi rayonun ərazisində inqilabçı Əli Bayramovun adı ilə bağlı ikinci kənd olduğu üçün belə adlandırılmışdır.

Mollacəlilli kəndinin adının yaranması bir zamanlar bu kəndə yaşayan əslən Göygöl rayonunun Aşıxlı kəndindən olan Cəlil adlı molla ilə bağlıdır. Məhz molla Cəlilin xatirəsinə kəndin adı Mollacəlilli adlandırılmışdır.

Tarixi Kənddə hal hazırda ziyarət edilən ocaq vardır.

Coğrafiyası və iqlimi Kənd Kiçik Qafqazın ətəyində yerləşir.

Dağətəyi bölgə olduğundan havalar adətən küləkli olur. Yayı çox isti olsa da qışı mülayim keçir. Yayda az miqdarda yağış və qışda da az miqdarda qar yağır. Axar çay və gölün olmaması səbəbindən burada yay vaxtı güclü istilər olur.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1936 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Kənd əhalisi əsasən heyvandarlıqla, qismən əkinçilik və mədən daşı (Mollacəlilli daşı) istehsalı ilə məşğul olur. Gəncə bölgəsinin süd məhsullarıyla təmin olunmasında mollacəlillilərin payı yüksəkdir.

Mədəniyyəti Köhnə qəbirstanlıqda Sömastalı ocağı var ki, günümüzdə də ziyarət edilir.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti

Həmçinin bax

Həmçinin yay aylarında köçəri maldarlıqala məşğul olurlar

Kateqoriya:Göygöl rayonunun kəndləri