Maqov — Azərbaycan Respublikasının Zaqatala rayonunun Maqov kənd inzibati ərazi dairəsində kənd.

Mədəniyyəti Kənddə böyük mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evində "Hudulki" folklor kollektivi yaradılmışdır. Bu kollektiv milli rəqslərin, milli musigi alətlərinin, milli mahnıların yaşamasına və gələcək nəslə çatdırılmasına xidmət edir.

Əhalisi Əhalisi avarlardan ibarətdir.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi: Kəndlər haqqında məlumat: Zaqatala rayonu haqqında məlumat: Adət və ənənələr

Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.

İnfrastruktur 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.Zaqatala rayonunun 5 kəndinə ilk dəfə təbii qaz verilmişdir. socar.az, 17.06.2015 Kənd ərazisində, Zaqatala–Balakən dəmiryolu mənzilinin 151-ci km-də qatar platforması tikilir.

İstinadlar

Kateqoriya:Zaqatala rayonunun kəndləri