Dardoqqaz (əvvəlki adı:Ulam) — Azərbaycan Respublikasının Zaqatala rayonunun Göyəm kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Dardoqqaz kəndi düzənlikdədir. Keçmiş adı Ulam (qəd. türk. "keçid" mənasındadır) olmuşdur. Yaşayış məntəqəsi XVIII əsrdə Dağıstandan gəlmiş avar ailələrinin Dardoqqaz adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Toponim dar (keçilməsi çətin olan) və doqqaz (qapı, kecid) sözlərindən düzəlib, "dar kecid" deməkdir.
Əhalisi Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
İstinadlar
Kateqoriya:Zaqatala rayonunun kəndləri