Qəzyan, Qazyan – Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.

Toponimikası Qəzyan kəndi Bərgüşad (Bazarçay) çayının sahilində, dağlıq ərazidədir. Düzgün adı Qaziandır (yəni “qazılar”). Ərəb dilində qazi “kafirlərə qarşı vuruşan döyüşçü və dəstə, qoşun başçısı” mənasındadır. Orta əsrlərdə qazilər həm sərhəd qoşunu, həm də dini qurumların və dövlətin başlıca zərbə qüvvəsini təşkil edirdilər. “Kitabi-Dədə Qorqud”da qazı-ərənlər formasında işlənir. Qızılbaş tayfaları içərisində qazilər (qazian) tayfası da vardı. Respublika ərazisindəki Qazian adlı toponimlər bu tayfanın adı ilə bağlıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi

Tanınmışları Mənsum Əsgərov (1908–1994) — Sosialist Əməyi Qəhrəmanı. Əliyar Əliyev (1957–1992) — Azərbaycanın Milli Qəhrəmanı.

Həmçinin bax Qubadlı rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti

Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Qəzyan (Qubadlı)