Daşlıyataq — Azərbaycan Respublikasının Şabran rayonunun Ağalıq kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Baş Qafqaz silsiləsinin ətəyindədir. Kəndin ərazisi keçmişdə qoyun yatağı olmuşdur. Oykonim yatağın daşlıq ərazidə yerləşdiyini bildirir. Sonralar yaranmış yaşayış məntəqəsi yatağın adı ilə adlandırılmışdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Əhalisi Kəndin əhalisi əsasən 19-cu əsrdə Quba rayonunun İsnov kəndindən əkinçiliklə məşğul olmaq üçün gələn və sonradan həmin ərazidə məskunlaşaraq yaşamağa başlamış camaatdan ibarətdir. 1989-cu ildə Daşlıyataq kəndində 20 ailə–təsərrüfat olmuşdur. Həmin il kəndə Orta Asiya Respublikalarından məcburi formada çıxarılan məshəti türklərindən ibarət təxminən 20-yə qədər ailə köçüb gəlmişdir.
İstinadlar
Kateqoriya:Şabran rayonunun kəndləri