Dəlləklər — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi Dəlləklər Yevlax rayonunun Qaramanlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Keçmiş adı Vəlibəyli olmuşdur. Rayonun İsmayılabad kəndində Dəlləklilər məhəlləsi, Qaraoğlan kəndində isə Dəlləkli oymağı coğrafi adlarının olması güman etməyə əsas verir ki, kənddə həmin oymaqdan və ya məhəllədən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaşayış məntəqəsi bu adı almışdır. Etnotoponimdir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..

İstinadlar

Kateqoriya:Yevlax rayonunun kəndləri