İkinci Ərəbcəbirli — Azərbaycan Respublikasının Göyçay rayonunun İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi r-nun ərazisində məskunlaşmış ərəbcəbirli tayfasına məxsus kəndlərdəndir. Rayon mərkəzindən 4 km qərbdə, Ağdaş–Göyçay avtomobil yolu üzərində yerləşən kənd.

Tarixi Göyçay rayonunun ərazisində Azərbaycanın tarixi keçmişini əks etdirən bir sıra abidələr vardır. Rayonun Ərəbcəbirli kəndi ərazisində XII-XIV əsrdə inşa edilmiş və Ərəb xilafəti dövrünə aid Surxay qalası, İnçə və Ərəbcəbirli kəndləri ərazisində tapılmış və bizim eradan əvvəl II əsrə aid küp qəbirlərinin qalıqları bu ərazidə qədim dövrlərdə insan məskənlərinin mövcud olduğunu sübut edirGöyçay (Fotosessiya) dintarixi.az saytı. 15 aprel 2005-ci ildə Azərbaycan Respublikasının Prezidentinin qanunu ilə Birinci Ərəbcəbirli, İkinci Ərəbcəbirli və Mirzəhüseynli kəndləri Şəhadət kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, İkinci Ərəbcəbirli kəndi mərkəz olmaqla, İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi yaradılmışdır. 2011-ci il oktyabr ayının 19-da Göyçay rayonunun Qaraməryəm və Ərəbcəbirli kəndlərinə ilk dəfə olaraq təbii qaz verilmişdirGöyçay rayonunun daha 2 kəndinə təbii qaz verilmişdir.

Toponimikası İkinci Ərəbcəbirli oyk, mür. Şirvan düzündədir. Yaşayış məntəqəsi r-nun ərazisində məskunlaşmış ərəbcəbirli tayfasına məxsus kəndlərdəndir. Oykonimin birinci komponentifərqləndirici xüsusiyyətə malikdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427 Kəndin adı Ərəbşamlı tayfasının XIX əsrdə 12 ailədən ibarət ərəbcəbirli tirəsinin adı ilə əlaqədardır. Bu yaşayış məntəqəsi ərəbcəbirli tayfasının burada məskunlaşması nəticəsində yaranmışdır. Məntəqənin yaxınlığında orta əsrlərdə yaşayış yeri olmuşdur. Kənd ərazisindən IV –VIII əsrlərə aid çoxlu küp qəbirləri aşkara çıxarılmışdır. Bu qəbirlərdən müxtəlif təsvirləri olan bəzək əşyaları, şüşə, əqiq, muncuqlar və s. tapılmışdır. Ərazidəki bəzi qəbir yerlərindən vaxtilə Təbrizdə, Tiflisdə (XII əsr) zərb edilmiş Elxani sikkələri aşkar edilibdir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1197 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Məşğuliyyəti Əhalisi əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq, baramaçılıq, bağçılıqla məşğul olur.

Mədəniyyəti Göyçay rayonu İkinci Ərəbcəbirli kənd məscidi dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş dini icmadır. 2006-cı ildə Ərəbcəbirli kənd əsas məktəbi üçün 132 yerlik yeni tədris binası tikilmişdir.

Coğrafiyası və iqlimi Şirvan düzünün şimal hissəsində Böyük Qafqaz dağlarının ətəklərində yerləşir.

Tanınmış şəxsləri Ayaz Əhmədov — İkinci Qarabağ müharibəsi şəhidi.

Həmçinin bax Göyçay rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Göyçay rayonunun kəndləri