Müskürlü — Azərbaycan Respublikasının Göyçay rayonunun Müskürlü kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Göyçay rayonunun Müskürlü kəndi Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Müskürlü kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası Yaşayış məntəqəsi Göyçay qəzasında yaşamış müskürlü tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kənd Molla Qədim adı ilə da tanınır. Müskürlü etnonimi Azərbaycanın şimal-şərqində, Vəlvələçayla Samurçay arasındakı Müşkür düzünün adından yaranmışdır. Müskürlü Müşkür düzündə qədimdə yaşamış ellərin ümumi adı olmuşdur. Müşkür isə "qışlaq" mənasındadır.
Tarixi
Coğrafiyası və iqlimi Kənd Şirvan düzündə yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 615 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Göyçay rayonunun kəndləri