Oğrubulaq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Fətullaqışlaq çayının sahilində, Burovar silsiləsinin yamacındadır. Oykonim Oğurbulaq adının təhrifolunmuş forması hesab edilir. Güman ki, kəndin adı ərazidəki bulağın adından alınmışdır. Türk dillərində oğur sözünün bir çox mənaları ilə yanaşı"qoruq, mühafizə olunan yer, sığınacaq" mənaları vardır. Rayonun ərazisindəki Təzəkənd yaşayış məntəqəsinin adı da keçmişdə Oğurkənd olmuşdur. Bəzi tadqiqatçılar oykonimin oğur komponentini XIII əsrdə monqollarla Azarbaycana gəlmiş uyğur tayfasının adı ilə bağlayırlar.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 241 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Cəlilabad rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri