Yeni Həyat ( - Muqrağ )— Azərbaycan Respublikasının Qusar rayonunun Qalacıq kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Bu kəndin əhalisi Muqrağar sixilinə mənsubdur. Onlar Muqrağ dağından enib, bir qismi Dağıstanın Doqquzpara rayonunda yerləşən Muqraq kəndində, digər qismi isə Azərbaycan Respublikasının Qusar rayonundakı Muqraq kəndində yerləşmişdir. 1965-ci ildən rəsmi adı Yeni Həyatdır.
Çar imperiyası ilə mübarizə
XIX əsrdə Muqrağ kəndinin sakinləri imam Qazi Məhəmməd Xuluxvi və abrek Ali Hilivinin rəhbərliyi altında 1837-ci ildə Rus çarına qarşı baş vermiş xalq üsyanında iştirak etmişlərЦГВИА. Ф. ВУА. Д. 6356. Л. 19-39.
Sovet hakimiyyəti ilə mübarizə
1920–1930-cu illərdə bolşeviklər erməni daşnakları ilə birlikdə bir neçə dəfə dinc müsəlman ləzgi kəndlərinə hücum etmiş həmçinin Muqrağ kəndinə, ləzgilər isə onlara cavab olaraq silahlı mübarizəyə qalxmışdılar. Hadisələrdən sonra bolşeviklər ləzgilərdən qisas almaq üçün Şaumyanı 1918-ci il 4 iyulda 10 min nəfərlik hərbi qüvvə ilə müsəlman ləzgilərin üstünə göndəriblər. Bolşeviklər sayca üstün olmalarına baxmayaraq, ləzgiləri məğlub edə bilməyib, iki həftə davam edən döyüşlərdə təxminən 2 min əsgər itirmiş və geri çəkilməyə məcbur olmuşdular. Bolşeviklərin törətdiyi vəhşilikləri görən ləzgilər Sovet hakimiyyətini qəbul edə bilməmişdi. Məhz buna görə də Haddam Çakarvi polkovniklikdən imtina edərək abrek olur və İmam Mushab-Əli Kuzunvinin rəhbərliyi ilə bir neçə il Sovet hakimiyyətinə qarşı silahlı mübarizəyə qalxır.
Toponimikası Kəndin tarixi adı Muqrağ olmuşdur və bu ad yerli əhali arasında bu gün də Muqraq formasında işlədilir. 1965-ci ildə isə kəndin adı rəsmi şəkildə dəyişdirilərək Yeni Həyat adlandırılmışdır. Yeni Həyat oyk., sadə, Xaçmaz r-nunun Pirquluoba i.ə.v.-də qəsəbə. Samur–Dəvəçi ovalığındadır. Qusar maili düzənliyindədir. Kəndin adı simvolik məna daşıyır;
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 711 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Təhsil Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az ilə Qusar rayonu Yeni Həyat kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 425 000 manat vəsait ayrılmışdır"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" . president.az .
Həmçinin bax Qusar rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Qusar rayonunun kəndləri