Qarabucaq — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Qarabucaq qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Kürdəmir rayonunun Qarabucaq qəsəbəsi Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Qarabucaq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası 1960-cı illərdə sovxoz fəhlələri üçün salınmışdır. Qəsəbə eyniadli yaşayış məntəqəsinin adi ilə adlandırılmışdır.
Tarixi
Coğrafiyası və iqlimi Qəsəbə Şirvan düzündə yerləşir.
Mədəniyyəti Qəsəbədə bir kitabxana, bir mədəniyyət evi var.
Təhsil Qəsəbədə bir 11 illik tam orta məktəb fəaliyyət göstərir.
İqtisadiyyatı 2019-cu ilin dekabr ayının 21-dən qəsəbəyə təbii qaz verilir. Ərazisi 5000 ha-dan bir qədər çoxdu.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Kürdəmir rayonunun qəsəbələri