Şüşün — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Köhünlü kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Şüşün oyk. Kür çayının sahilində, Şirvan düzündədir. Yerli məlumata görə, Kür çayının əmələ gətirdiyi lil üzərində bitən və dik qalxan söyüd va qovaq ağacları şüş, belə ağaclıq İsa şüşliik adlanır. Yaşayış məntəqəsi söyüdlük ərazisində Şüşün adlı yerdə salındığı üçün belə adlanmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1245 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Kürdəmir rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Kürdəmir rayonunun kəndləri