Çətirimiz buludlardır — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş bədii film.

Məzmun

Filmdə çobanların məişətindən söhbət açılır. Gizir(Elxan Əhədzadə) bütün varlığı ilə çoban sənətinə bağlı bir gəncdir. O, həmkəndlisi Nərgizi(Tamara Şakirova) sevir. Lakin əsgərlikdən qayıdanda qızın başqasına ərə getdiyini eşidir. Bir müddət keçir. Giziri Bənövşə(Xalidə Quliyeva) adlı bir qızla nişanlayırlar. Ancaq Nərgizin ondan ayrılması oğlanı rahat buraxmır. O, peşəsindən üz döndərir, kənddən çıxıb gedir...

Film haqqında

Film rejissor Nicat Bəkirzadənin böyük kinoda ilk işidir. Film rejissor Teymur Bəkirzadənin böyük kinoda ilk işidir. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifi : Mövlud Süleymanlı Quruluşçu rejissor : Nicat Bəkirzadə, Teymur Bəkirzadə Quruluşçu operator : Nikolay İlçuk Quruluşçu rəssam : Mais Ağabəyov Bəstəkar : Mobil Babayev Səs operatoru : Akif Nuriyev Rejissor : Adil İsmayılov (III) Operator : S. Kaşiyev Qrim rəssamı : D. Sesarskaya Geyim rəssamı : Elçin Məmmədov Montaj edən : Nelli Mahmudova Rejissor assistenti : Səməd Lazımov, Yusif Əlizadə Operator assistenti : M. Axundov Rəssam assistenti : X. İmanov Montaj üzrə assistent : Tamilla Muxtarova Redaktor : Fərman Kərimzadə, D. Tahirova Çalır : Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Mahnı İfa edən : Cavan Zeynallı Bədii Rəhbər : Həsən Seyidbəyli Filmin direktoru : Qasım Səfəroğlu, Kamil Hacıyev

Rollarda

Elxan Əhədzadə- Gizir Xalidə Quliyeva(Xalidə Qasımova kimi)- Bənövşə Tamara Şakirova(Tamara Qəniyeva kimi)- Nərgiz Telman Adıgözəlov-Bəkir Elçin Məmmədov- Məlik Gündüz Abbasov- Qaraca kişi Həsənağa Turabov- Sədr Qədirov Zemfira Sadıqova- Şərqiyyə Q. Məmmədov Muxtar Maniyev-Fəhlə Sədaqət Zülfüqarova-Nənə Yusif Əlizadə- Təyyarəçi N. Qasımova Qasım Səfəroğlu Akif Yusifov Tatyana Xaritonova A. Qurbanova Səməd Lazımov Nəcəf Həsənzadə-çoban (titrlərdə yoxdur)

Sponsor Mərkəzi Televiziya (Moskva)

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 218.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı

Xarici keçid

Filmi izlə ;

Kateqoriya:1976-cı ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Teymur Bəkirzadənin filmləri Kateqoriya:Qubada çəkilən filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri