Nərəcan — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Nərəcan kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Rəvayətə görə Şəki (Nuxa) rayonunun (hal hazırda Qəbələ rayonunun ərazisində yerləşən Mıxlı qovaq kəndindən) bir qrup əhali Xaçmaz tərəfə gəlmiş (gəlməklərinin səbəbi oradaki mübahisəli həyatları olub) və təqribən indiki Nərəcan kəndi ərazisində durmuşlar. Türk dilində nərə-yəni hara deməkdir. Elə kəndin adida oradan gəlir. Yəni haracan (nərəcan). 1905 və 1918-ci ildə kənd ərazisinə ermənilər basqın etmişdir. Bir çox evləri yandırmışlar və bir çox vəhşiliklər etmişlər.
Mədəniyyəti Kənd ərazisində 2 məscid var. Həmçinin burada fəaliyyət göstərməyən klub da var.
Coğrafiyası və iqlimi Kənd Xaçmaz və Xudat şəhərləri arasında Qusarçay çayının sağında yerləşir.
Əhalisi Əhalinin əksəriyyəti yerli, həmçinin burada başqa millətlər də var (tat, söbülü və s.). Əhali hamısı müsəlmandır.
İqtisadiyyatı Kənd ərazisində kifayət qədər mağaza (məişət, ərzaq, tikinti materialları), çayxana, un fabriki, 2 aptek, 2 qəssabxana, bərbərxana və s. var. Həmçinin burada kənd əhalisinə məxsus olan bağlar da var.
Təhsil Burada 2009-cu ildə yeni məktəbin açılışı olub. Məktəb şəhid Cəbiyev Cavidin adını daşıyır. Məktəbin hər il təqribən 30 məzunu olur və hər il təqribən 10 məzun ali məktəblərə qəbul olur.
İstinadlar
Xarici keçidlər azerbaijanphoto.com saytındakı şəkilləri
Kateqoriya:Xaçmaz rayonunun kəndləri