Uşaqlığın son gecəsi — kinorejissor Arif Babayevin çəkdiyi bədii film.Abbaslı, T. 54 illik ömürdə — : "Uşaqlığın son gecəsi", "İnsan məskən salır", "Gün keçdi"...: [kinorejissor Arif Babayev haqqında] //Mədəniyyət.- 2015.- 18 sentyabr.- S.13. Arif Babayevin 1969-ci ildə ekranlara çıxan “Uşaqlığın son gecəsi” Maqsud İbrahimbəyovun eyniadlı hekayəsinin əsasında çəkilib deyilir. Əslində isə ssenarinin həmin hekayə ilə əlaqəsi yoxdur. “Uşaqlığın son gecəsi” hekayəsi Pirşağıda yay tətilini keçirən iki yeniyetmədən bəhs edir.
Məzmun Filmdə mərkəzi fiqurlar Murad (Ənvər Həsənov) və Rüstəmin (Səyavuş Şəfiyev) hekayəsi danışılır. Məktəbi yeni bitirən Murad ali məktəbə daxil ola bilməyib. Onun qohumu və dostu Rüstəm isə institutu bitirərək təyinatını mühəndis kimi ət kombinatına alır. Kombinatda onlar ət oğurlayan, qazandıqları pullar hesabına qlamur həyat keçirən dəstə ilə toqquşur. Dəyərlər arasında ziddiyyətlər, məsuliyyət hissi, vətəndaş mövqeyi süjetdə ön plana çıxır. Ət kombinatında baş verən cinayətkarlıq, onun üstünün açılmasında qəhrəmanların göstərdiyi köməklik, müxtəlif insanlarla tanışlıq onlara ciddi həyat dərsi verir, yetkinləşdirir, bərkidir və uşaqlıqlarından daha bir neçə addım ayırır. Əhvalat eyni zamanda hər iki qəhrəmanın ilk sevgisindən bəhs edir. Murad və Rüstəm obrazlarının xarakterindəki əksliklər süjeti daha da dinamikləşdirir, bəzən komik ziddiyyətli situasiyalar yaradır.
Festivallar və mükafatlar 1) 1969-cu ildə Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-69" III zona kinofestivalında Gənclik üçün ən yaxşı filmə görə Mükafat verilmişdir. 2) Bəstəkar Polad Bülbüloğluna ən yaxşı musiqiyə görə Xüsusi Diplom verilmişdir. Həm də film 4 əlavə mükafata layiq görülüb: ən yaxşı ssenariyə görə (Maqsud İbrahimbəyov), ən yaxşı rejissor işinə görə (Arif Babayev), ən yaxşı operator işinə görə (Zaur Məhərrəmov) və kişi rolunun ən yaxşı ifasına görə (Ənvər Həsənov).
Film haqqında Filmin hazırlıqlarına 1967-ci ildən başlanılır və 1968-ci ildə çəkilişlərə start verilir. Film 6 aya çəkilib. 1969-ci ildə ekranlara çıxmışdır. Film aktyor Səməndər Rzayevin kinoda ilk işidir. Filmin bəstəkarı, xalq artisti Polad Bülbüloğludur. Final səhnəsindəki "Gəl, ey səhər!" rejissora elə təsir etmişdi ki, bəstəkara "Görərsən, bu mahnı sənin ən məşhur mahnılarından birinə çevriləcək" deyib. Filmdə eyni zamanda The Beatles qrupunun məşhur "In My Life", "Michelle" mahnılarından istifadə edilib. Muradla Rüstəmin işə getdiyi kadrlar Böyük Qala küçəsində lentə alınıb və bu zaman filmdə ayaqqabı ustası öz köşkündən çıxaraq Muradı səsləyir. Həmin ayaqqabı ustası Əhməd dayının işlətdiyi köşk, həqiqətən də, pinəçi köşkü idi. Həmin köşk uzun illər İçərişəhərdə fəaliyyətdə olub və ayaqqabı ustası Məmməd kişi həmin köşkdə çalışıb. O, populyar müğənni Elarizin atasıdır. Filmin ilk səhnələri İçərişəhərdə Şirvanşahlar sarayının yanındakı məhəllədə aparılıb. Digər ev səhnələri isə Prezident Administrasiyasının arxasındakı məhəllədir. Davudun dama çıxdığı səhnənin həyət çəkilişi Çəmbərəkənddə, dam səhnəsi isə İçərişəhərdə aparılıb. Tikinti səhnəsi indiki Milli Məclisin binası yerləşən yerdir. Daha sonra ət kombinatında, “Yaşıl teatr”da, bulvarda, şəhərin küçələrində, binaların girişlərində çəkilişlər aparılıb. Yeməkxana səhnəsi kinostudiyanın yeməkxanasında nahar vaxtı çəkilib. Filmdə məşhur Davud obrazı rejissorun qardaşı Akifin prototipidir. Akif özü də quş saxlayan və baməzə adam olduğu üçün Arif Babayev Davudun timsalında qardaşının surətini filmə gətirib. Məmmədsadıq Nuriyev də Akifi yaxşı tanıdığı üçün obrazı məharətlə yaradıb. Nənə rolunu oynayan Törəxanım Zeynalova Musiqili Komediya Teatrında kostumer vəzifəsində çalışırdı. Elya obrazını yaradan Meqi Kejeradze Gürcüstandan dəvət olunmuşdur.“Uşaqlığın son gecəsi”nin “Elya”sı: “Arif Babayev üstümə qışqırdı, ağladım” Megi Kejeradze 1960-65-ci illərdə Tbilisi Xarici Dillər İnstitutunda təhsil alıb.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Maqsud İbrahimbəyov Quruluşçu rejissor: Arif Babayev Quruluşçu operator: Zaur Məhərrəmov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Kamal Seyidov Montaj edən: Tahirə Babayeva Rejissor: Fikrət Əliyev Operator: Şərif Şərifov Mahnıların mətni: Fikrət Qoca Redaktorlar: Y.Vəkilov, N.İbrahimova Rejissor assistentləri: Murad Məlikov, Akif Rüstəmov Operator assistentləri: Vaqif Muradov, Sərdar Vəliyev Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Filmin direktoru: Yusif Yusifzadə Çalır: SSRİ Nazirlər Soveti Yanında Kinematoqrafiya Komitəsinin Orkestri Dirijor: David Ştilman İstifadə edilən mahnılar: "In My Life", "Michelle" (Beatles qrupu)
Rollarda Ənvər Həsənov — MuradKazımzadə, A. Gəncliyin simvolu: “Uşaqlığın son gecəsi”nin Muradı yeni rollara çəkilmək arzusundadır //Kaspi.- 2015.- 3 iyul.- S.7. Səyavuş Şəfiyev — Rüstəm Ətayə Əliyeva — Mənsurə Törəxanım Zeynalova — nənə Ələkbər Seyfi — İsmayıl Xosrov Abdullayev — Məcnun Tofiq Mirzəyev — Rüfət Megi Kejeradze — Elya Qorxmaz Atakişiyev — Zaur Məmmədsadıq Nuriyev — Davud İnsaf Məmmədova — Sevda Yusif Vəliyev — böyük iş icraçısı Rafiq Tağıyev — sürücü Məlik Dadaşov — Nağıyev Muxtar Maniyev — Tahir Hökümə Qasımova — Davudun arvadı V.Şeyman Səməndər Rzayev — milis işçisi Əbdül Mahmudov — milis işçisi N.Atakişiyev A.Məmmədov Dadaş Kazımov — çəkməçi Əhməd Yusif Yulduz — kombinat işçisi Nadir Əsgərov — məhəllə sakini Rafiq Əzimov — fəhlə
Filmi səsləndirənlər Rafiq Əzimov — Murad (Ənvər Həsənov) (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Rüstəm (Səyavuş Şəfiyev) (titrlərdə yoxdur) Süleyman Ələsgərov — İsmayıl (Ələkbər Seyfi) (titrlərdə yoxdur) Həsən Əbluc — Rüfət (Tofiq Mirzəyev) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Elya (Megi Kejeradze) (titrlərdə yoxdur) Səməndər Rzayev — Zaur (Qorxmaz Atakişiyev) (titrlərdə yoxdur) Əli Zeynalov — Məcnun (Xosrov Abdullayev) (titrlərdə yoxdur) Əzizağa Qasımov — sürücü (Rafiq Tağıyev) (titrlərdə yoxdur) Bahadur Əliyev — pəltək işçi (titrlərdə yoxdur) Süsən Məcidova — nənə (Törəxanım Zeynalova) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov - kombinat işçisi (Yusif Yulduz) (titrlərdə yoxdur) Ağaxan Salmanlı - Murada sataşan eynəkli oğlan (titrlərdə yoxdur) Tofiq Məmmədov - Murada sataşan oğlan (titrlərdə yoxdur)
Maraqlı faktlar Filmdə Beatles qrupunun mahnıları istifadə olunmuşdur.
İstinadlar
Mənbə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 33; 90; 246; 269. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 141; 143; 158-159; 190. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815. Kulis.az Sevda Sultanova "Polad Bülbüloğlunu məşhurlaşdıran Azərbaycan filmi"
Xarici keçidlər Filmi izlə Filmin posteri İndiki uşaqlar nə bilsineee bizim köhnə kinoları
Həmçinin bax
Kateqoriya:1968-ci ilin Azərbaycan filmləri Kateqoriya:1968-ci ilin SSRİ filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Cinayət filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Arif Babayevin filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:Azərbaycanın ağ-qara filmləri Kateqoriya:Azərbaycanca filmlər