Qızıl Daş — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Mədəniyyəti Qəsəbə ərazisində 180 saylı orta məktəb və 8 saylı peşə məktəbi, 1 məscid, 2 aptek, 1 poliklinika, mədəniyyət evi, poçt məntəqəsi, futbol stadionu, 2 park, 2 şəhid abidəsi vardır.
Coğrafiyası və iqlimi Qəsəbə dağlarla əhatə olunub. Şimalda və şərqdə Xəzər dənizi, cənubda daş karxanaları ilə əhatə olunub. Qəsəbə ərazisinin bir hissəsi Abşeron rayonu ərazisində yerləşir.
Əhalisi Əhalisi 12.000 nəfərdir. qəsbədə 26 çoxmərtəbəli , 64 ikimərtəbəli, 907 həyət evi vardır.
İqtisadiyyatı Qəsəbə ətarfında daş karxanaları yerləşir, fermer toyuq təsərrüfatları vardır. Sement zavodu inşa edilir. Zavod Qaradağ rayonu ərazisində, Səngəçal Neft Terminalından 2,6 kilometr şimalda tikilir. Norm MMC-nin sifarişi ilə tikilən zavodda istehsal gücü gündə 5,000 ton klinker, ildə 2 milyon ton sement təşkil edir. Zavodun tikintisi təxminən 400 milyon ABŞ dollarına başa gələcək. Zavodda bilavasitə 400 nəfər, xammal mədənlərində isə 100-150 nəfər işləyəcəkdir. Bundan əlavə istehsaldan satışadək, o cümlədən kimya, nəqliyyat, yanacaq, qida və digər xidmət sahələrində daha 2500 nəfər ümumi dəyərdən bəhrələnəcək. 2013-cü ilin may ayında yeni sementin istehsalına başlanacaqdır.
Din Qəsəbədə Qızıldaş qəsəbə məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az .
İstinadlar
Kateqoriya:Qızıldaş Kateqoriya:Qaradağ rayonunun qəsəbələri Kateqoriya:Bakının qəsəbələri