Alunitdağ — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən şəhər inzibati ərazi dairəsində qəsəbə.

Toponimikası Qəsəbə bir müddət "85-ci sahə" adlanmışdır. 1958-ci ildən Alunitdağ mədəni yaxınlığında salındığı üçün belə adlandırılmışdır. Toponim elmi ədəbiyyatda "alunit" (mineral adı) və "dağ" sözlərinin birləşməsi kimi izah olunur. Bəzi türkdilli xalqların toponimiyasında alin/alun və it — dağın cənub tərəfi, cənub ətəyi deməkdir. Qəsəbənin coğrafi mövqeyi onun "dağın cənub ətəyi" mənasında olduğunu bir daha sübut edir.

Tarixi

Tarixi abidələri Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Qəsəbə Qaflanqala silsiləsinin cənub ətəyində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19996353313042009↗684↗353↗331

İqtisadiyyatı

Mədəniyyəti Qəsəbədə Alunitdağ qəsəbə kitabxanası, Alunitdağ qəsəbə klubu fəaliyyət göstərir.

Təhsil Qəsəbədə Daşkəsən rayon Alunitdağ qəsəbə R.Qafarov adına tam orta məktəb fəaliyyət göstərir.

Din Qəsəbədə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Qəsəbədə Alunitdağ qəsəbə tibb məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Daşkəsən rayonunun qəsəbələri Kateqoriya:Daşkəsən şəhər inzibati ərazi dairəsindəki yaşayış məntəqələri