Səfəvilər (, səfəviyan) — indiki İranhttps://www.britannica.com/topic/Safavid-dynasty Ṣafavid dynasty və Azərbaycan ərazisində hökm sürmüş türk mənşəli sülalə,Səfəvi dövlətinin hökmdarları. XIV əsrin əvvəllərindən etibarən indiki İranın şimalındakı Ərdəbil bölgəsini və 1501–1722 və 1729–1736-cı illərdə indiki İranın bütün ərazisini idarə etdilər.книга BLACK SHEEP, WHITE SHEEP AND RED-HEADS. A historical sketch of the Shahsavan of Azarbaijan Richard Tapper. Iran. Journal of the British Institute of Persian Studies London The British Academy 1966 IV 632000 III 100

İndiki İran, Azərbaycan, Ermənistan, İraq, Əfqanıstan, Türkmənistan və Türkiyənin şərq hissəsindəki varlığını qoruyub saxlayan tarixdə ilk dəfə Şiə Onikiciliyi Azərbaycan və İranın rəsmi inancı və varisi olduğu dövlətin hakim sülalələri olaraq qəbul etdi.R. M. Savory, Safavids, Encyclopedia of Islam, 2nd editionAndrew J. Newman, Safavid Iran: Rebirth of a Persian Empire, I. B. Tauris (Mart 30, 2006)

Bu sülalənin ilk hökmdarı Güney Azərbaycannın Ərdəbil şəhərində anadan olan I İsmayıl (1501–1524) idi. Şərur yaxınlığında (Naxçıvanda) türkmanlar (Azərbaycan türklərinin əvvəlki adı) Ağqoyunlu dövlətinin hökmdarı Əlvənd Xanı məğlub etdikdən sonra İsmayıl zəfərlə Təbrizə girdi və 1501-ci ilin iyulunda özünü şah elan etdi. Əvvəlcə onun nəzarətində olan ərazilər yalnız Azərbaycanla məhdudlaşsa da, sonrakı 10 il ərzində indiki İranın böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirdi və qonşu İraq vilayətləri Bağdad və Mosulu da öz dövlətinə qoşdu.BLACK SHEEP, WHITE SHEEP AND RED-HEADS. A historical sketch of the Shahsavan of Azarbaijan Richard Tapper. Iran. Journal of the British Institute of Persian Studies| London The British Academy 1966 IV 63

Yaradılan dövlətə ən çox Dövlət-i Qızılbaş (Qızılbaş dövləti) deyilirdi.История Ирана с древнейших времён до конца 18 в. Н.В.Пигулевская Л. 1958 255История Востока Восточная Литература 2000 III 100 Qızılbaş səltənəti və Qızılbaş mülkiyyəti adları da istifadə edilmişdir və şah Qızılbaş, padişah titulunu daşıyırdı.

Təbriz şəhəri Səfəvi dövlətinin paytaxtı oldu; daha sonra paytaxt Qəzvinə, oradan da İsfahana köçürüldü.

Səfəvilər özlərini "şahənşah" (şahlar şahı) adlandırırdılar. Bununla yanaşı, Şiə İslamı dövlət dini elan edərək ön plana çıxardılar. Səfəvi dövründə şiəlik hakim cərəyan kimi quruldu.

Səfəvi dövlətinin qurulmasını dəstəkləyən türk tayfaları bunlar; Şadlı eli, Şamlı, Əfşar, Qaçar, Çağırqanlı, Qaramustafalu, Təkəli, Bəydili, Humuslu, Ustaclu, Dulqədirlu, Varsak.Golden, Türk halkları Tar. Giriş. Çeviren, Osman Karatay Ankara 2002, s. 321

Sülalə Vasili Bartold, Səfəvilərin Fars mənşəli deyil türk mənşəli olduğu qənaətindədir.W. Barthold, Soçineniya, C. II, bölüm I, Moskova, 1963, s. 748. Rus tarixçisi Petruşevski də buna bənzər bir fikirdədir; "İlk Səfəvi şeyxləri Ərdəbildə yaşamış və ana dili Azərbaycan dilidir (yəni türkcə)" deyir.Petruşevski’den naklen, Efendiyev, s. 33

İsmail Haqqı Uzunçarşılı, Səfəvilərin soyu ilə bağlı yazır ki, "xalis bir türk olan bu ailənin siyasətləri özlərini Sadat-i Hüseyniyyədən olduqlarını göstərdilər."İsmail Hakkı Uzunçarşılı, Osmanlı Tarihi, C. II, Ankara, 1998, s. 225

Bu mövzuda, bənzər mənbələrdə Saffətü-Səfa'daki verilən məlumatlara əsaslanaraq Şeyx Səfiyəddin Ərdəbili "Türk piri" adlandırılırdı və şeyxin "türk köyündə yaşadığı və türk şagirdlərinə xidmət etmək üçün onlara ağ çörək və bal təqdim etməsi" qeyd olunurdu. Səfi'nin fars olan bir çox müasirləri də 1272-ci ildə onu Türk Piri olaraq adlandırırdılar.Âlem-i Ârâ-yi Safevî, s. 11.Heyət, C. "Azərbaycanın Türkləşməsi və Azəri Türkçəsinin Təşəkkülü", Varlıq, Tehran 1992, s. 9–12.

Hakimlər və hökmdarlar

Ərdəbil hakimləri Şeyx Səfi (1300–1334) Şeyx Sədrəddin Ərdəbili (1334–1391) Şeyx Xacə Əlaəddin Əli (1391–1424) Şeyx İbrahim (1424–1447) Şeyx Cüneyd (1447–1460) Şeyx Heydər (1460–1488) Şeyx Sultan Əli (1488–1494) Şeyx İsmayıl (1494–1501)

Səfəvi Şahları Şah İsmayıl Səfəvi Hüseyn-î Əl-Xətai (1501–1524) I Şah Təhmasib Səfəvi (1524–1576) II Şah İsmayıl Səfəvi (1576–1577) Pərixan xanım (1577–1578) Şah Məhəmməd Xudabəndə Səfəvi (1578–1587) I Şah Abbas Səfəvi (1587–1629) I Şah Səfi Səfəvi (1629–1642) II Şah Abbas Səfəvi (1642–1667) Şah Süleyman Səfəvi (1667–1694) Şah Sultan Hüseyn (1694–1722) II Şah Təhmasib Səfəvi(1722–1732)

III Şah Abbas Səfəvi (Abbas Mirzə) (1732–1736) Səfəvilər Sülaləsinin davamçıları II Şah Süleyman (1749–1750) III Şah İsmayıl (1750–1773) II Məhəmməd (1773–1796)

Səfəvilər sülaləsinin şəcərəsi

İstinadlar

Mənbə

Həmçinin bax Səfəvilər Səfəvilər sülaləsinin şəcərəsi Səfəviyyə ordeni rəhbərləri və Səfəvi sülaləsindən olan şahların siyahısı Səfəvilik Qızılbaş

Kateqoriya:Səfəvilər sülaləsi Kateqoriya:Dağıstan tarixi