Xeliserlilər () — buğumayaqlılar tipinə aid yarımtip.
Ümumi məlumat
Xeliserlilərin əksəriyyəti quru mühitində yaşayır. Onlarda antenna və antenulla tamamilə itmiş və əvəzində xeliser adlanan orqan əmələ gəlmişdir (xeliserlilər-qısqacbığcıqlılar deməkdir). Xeliser bir cüt olub, qısqaclara malikdir və ağzın önündə yerləşmişdir. Xeliserlilərin bədəni iki hissədən - baş-döş və qarıncıqdan ibarətdir. Quruda yaşayan xeliserlilərdə (hörümçəkkimilərdə) qarıncıq buğumlarının birləşməsi prosesi getmişdir, hətta buğumluluq tamamilə itmişdir. Suda yaşayan xeliserlilərdə qarıncığın ön şöbəsi qəlsəmələrlə təchiz olunmuş 6 cüt ətrafa malikdir, dal qarıncıq buğumları isə ətraflardan məhrumdur. Quruda yaşayanlarda isə qarıncıq ətrafları şəklini dəyişərək, tənəffüs orqanlarına - ağciyərlərə, tor ziyillərinə və s. çevrilmişdirAğayev B.İ., Zeynalova Z.A. Onurğasızlar zoologiyası. Bakı: Təhsil, 2008, (568 s.) səh. 349-350.
Təsnifatı
Sinifləri: Hörümçəkkimilər () Merostomata () Dəniz hörümçəkləri ()
İstinadlar
Xarici keçidlər ITIS BioLib
Həmçinin bax