Merostomlular () — buğumayaqlılar tipinin xeliserlilər yarımtipinə aid sinif.
Ümumi məlumat Merostomlular qədim dəniz xeliserliləri olub, qəlsəmələrlə tənəffüs edirlər. Onların baş-döş hissəsi bütövlükdə zirehlə örtülmüşdür. Sadə və mürəkkəb gözlərə malikdirlər. Xeliserləri kiçikdir və qısqaclara malik olub, ağızdan öndə yerləşmişdir. Baş-döş hissənin qalan 5 cüt ətrafı isə ağız dəliyinin kənarında yerləşir. Bu ətraflar qısqaclara malik olub, hərəkətə və qidanın tutulmasına xidmət edir. Bəzi formalarda arxa ətraflar üzmə ayaqlarına çevrilmişdirAğayev B.İ., Zeynalova Z.A. Onurğasızlar zoologiyası. Bakı: Təhsil, 2008, (568 s.) səh. 350.
Təsnifatı Xərçəng-əqrəblər (Gigantostraca) Qılıncquyruqlar (Xiphosura) Limulina Limulidae
İstinadlar
Xarici keçidlər ITIS BioLib
Həmçinin bax
Kateqoriya:Xeliserlilər