Məleykə Səma (Məleykə Əhmədova) () — Birinci Qarabağ müharibəsinin ilk günlərindən həkim–cərrah olaraq ermənilərlə döyüşlərdə yaralanmış yüzlərlə Azərbaycan əsgərini ölümdən qurtaran birinci dərəcəli tibb xidməti kapitanı, kiçik gizir, "Azərbaycan bayrağı" ordenli.
Həyatı Məleykə Səma Ermənistanın Loru mahalının Allahverdi (Tumanyan) rayonunda anadan olmuşdur.
Məleykənin üç qardaşı şəhid olub, atası Əhməd kişi isə üçüncü şəhid oğlu kamandarın ölümünə dözməyərək həyatla vidalaşıb.
1988-ci ildə Ermənistandan qovularkən qardaşı Yaqub Əhmədov ermənilər tərəfindən qətlə yetirilmişdir. Daha sonra kiçik qardaşı 16 yaşlı Səyyad Əhmədov da ermənilər tərəfindən suda boğularaq öldürülmüşdür.Ölüm yatağında "Xocalı şərqisi"ni yazdı thumb|250 px|Məleykə Səma, qucağında can verən, Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilən azərbaycanlı uşağı Böyük qardaşı Kamandar Əhmədov Qarabağ uğrunda müharibədə şəhid olmuşdur. Kamandar Əhmədov Bakıda Şəhidlər xiyabanında torpağa tapşırılıb. Bakı küçələrindən biri Kamandar Əhmədovun adını daşıyır.
9 oktyabr 1994-cü il tarixli fərman ilə Məleykə Əhmədovaya "Azərbaycan Bayrağı" ordeni verilib.
2006-cı ildə Bakı şəhərində vəfat etmişdir. Məleykə prezident İlham Əliyevin sərəncamına əsasən İkinci Fəxri xiyabanda dəfn edilibdir.
İstinadlar
Xarici keçidlər
Hərbçi şairə Məleykə Səmanın "Sazbənd Qəzənfərin sazsöz dünyası" adlı kitabının təqdimetmə mərasimi
Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Loru mahalında doğulanlar Kateqoriya:2007-ci ildə vəfat edənlər Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar