Anın quruluşu filmi rejissor Rasim İsmayılov tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Televiziya filmində əsasən Ədhəmin öz yurduna qayıtmasından və burada özünü önəmli adam kimi qələmə verməsindən bəhs edilir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Məmməd Məmmədov, Hacı İsmayılov, Anna Kamenkova, Vladimir Etuş, Olqa Barnet, Aleksandr Şarovski və Elxan Quliyev ifa edirlər.
Məzmun Film bizim müasirlərimizin ciddi əxlaqi prinsipləri qoruyub saxlamalarının, ətrafdakıların inamını və hörmətini qazanmalarının vacibliyi haqqındadır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.106.
Film haqqında Film 1-ci kateqoriyaya layiq görülüb.
Filmin üzərində işləyənlər Rejissor: Rasim İsmayılov Ssenarist: Rüstəm İbrahimbəyov Operator: Rasim İsmayılov, Yuri Varnovski Rəssam: Rafiz İsmayılov Bəstəkar: Azər Dadaşov
Rollarda Məmməd Məmmədov — Ədhəm Hacı İsmayılov — ƏləkbərAnna Kamenkova — Aliyə Vladimir Etuş — qoca Bayramov Olqa Barnet — Nina Aleksandr Şarovski — Feliks Elxan Quliyev — Oqtay Tahir Yaxın — Ramiz Xalidə Quliyeva — Sona Ömür Nağıyev — Tofiq Mikayıl Mirzə — Eyvaz Səyavuş Nəbiyev — vunderkind Larisa Xələfova — vunderkindin anası
İstinadlar
Mənbə
Ədəbiyyat Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 154. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 311. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1980-ci ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1980-ci ilin filmləri Kateqoriya:1980-ci ilin Azərbaycan filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri