thumb|200px|Kartofda leykoplastlar thumb|right|200px|plastidin tipləri Leykoplastlar ( — "Ağ") – Rəngsiz olub, bitkinin işıq görməyən, rəngsiz hissəsində olur. Daxilində ehdiyat qida maddələri toplanır. Bitkinin bütün orqan və toxumalarında əmələ gələ bilir.Güvən Nəşriyyatı №22 Biologiya (Dərslik), Elnur Aslan oğlu Məmmədov,Güvən Nəşriyyat:2016 Səhifə: 229 Məsələn, onları kartof yumrularında görmək olar. Leykoplastlar sitoplazmada çox xırda cisimciklər şəklində topa-topa yerləşir. Bəzən onlar nüvənin ətrafına toplanaraq, onu hər tərəfdən əhatə edir. Görünür leykoplastlar mübadilə reaksiyalarının gedişində yaxından iştirak edir. Yetkin hüceyrələrin çoxunda leykoplastlar ehtiyat nişastanı topladığından hər leykoplast üzərində nişasta dənəsi aydın görünür. Nişasta əmələ gətirən leykoplastlar amiloplastid adlanır.Ə-C.İ.Əhmədov, N.T.Əliyev. Meyvə və tərəvəzin əmtəəşünaslığı (Dərslik). Bakı: 2009.

İstinadlar

Kateqoriya:Bitki anatomiyası Kateqoriya:Sitologiya Kateqoriya:Biologiya Kateqoriya:Biologiyanın bölmələri Kateqoriya:Bitki fiziologiyası