Qaradağlı bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə.
Tarixi 07.12.1999-cu il tarxili 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin redaksiyasının "Ağdam rayonu" bölməsinə əsasən yaradılmış 8 bələdiyyədən biri də Ağdam rayonun Qaradağlı bələdiyyəsi idi.
Bələdiyyənin ilk Nizanaməsi onun 01 fevral 2000-ci il tarixli 02 №-li Protokolunun müvafiq Qərarı ilə qəbul edilib, həmin Nizmanamə 22.08.2024-cü il tarixli 10 №-li Protokolun 3-cü Qərarı ilə ləğv edilib.
Bu Bələdiyyə 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.
2003 - 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və Bərdə Regional Ədliyyə İdarəsi vasitəsi ilə həyata keçirib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
2020-2024-cü illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.
22.08.2024-cü il tarixli 10 №-li Protokolun müvafiq Qərarı ilə bu Bələdiyyənin ikinci və müasir Nizamnaməsi qəbul edilmişdir.
12.11.2025-ci il tarixli 12 №-li Bələdiyyə Protokolunun 4-cü Qərarı ilə onun embleminin təsviri və istifadə qaydaları təsdiq edildi.
Bələdiyyənin simvolik-məna təsviri aşağıdakı kimi qeyd olunub: 1. Mərkəzi element: Qara dağ silueti
1.1. Elementin təsviri: dairənin içində qara rəngdə çəkilmiş üç zirvəli dağ təsviri.
1.2. Elementin mənbəyi: "Qaradağ" — "qara dağ" deməkdir. Bu, Qaradağlı tayfaların doğma yurdunun simvoludur.
1.3. Elementin mənası: dağlar türk xalqlarında qüvvət, müstəqillik və əcdad yurdu mənalarını verir.
2. Üst hissə: Aypara (Hilal) elementi
2.1. Elementin təsviri: dağ təsviri üzərində ortadan, qara rəngdə sadə, naxışlı, üzü aşağıya (dağa) doğru aypara təsvir edilib.
2.2. Elementin mənbəyi: hilal islam dünyasının simvolu olmaqla yanaşı, qədim türk bayraqlarında (məsələn, Göytürk, Səlcuq) geniş istifadə olunub. Eyni zamanda, bu simvol Qızılbaş hərbi birliyinin ənənəsinə işarə edir. Belə ki, Qaradağlılar Səfəvi dövründə Qızılbaş tayfalarından biri olub. Aypara isə onların dini və siyasi sədaqətini (Əhli-Beytə bağlılıq) ifadə edib.
2.3. Elementin mənası: göydən gələn nur: Ay — gecə yolçusu, müdriklik və qoruyuculuq rəmzidir.
3. Kəsişən oxlar elementi
3.1. Elementin təsviri: dairəni əhatə edən və bir-birini kəsişən iki böyük ox (yuxarı və aşağı) təsvir edilib.
3.2. Elementin mənbəyi: Qaradağlılar Səfəvi ordusunda əsas hərbi qüvvə olduğuna görə ox — silah, qələbə, mübarizə simvolu onların dabmğalarında və hərbi bayraqlarında yer alıb. Oğuz damğa ənənəsində ox və oxbaşı çoxsaylı oğuz tayfalarının (Kayı, Bayat, Əfşar) damğalarında mövcuddur. Bundan başqa, oğuzlar ilk dəfə tarix səhnəsində oxları ilə tanınıblar (“On Ox Oğzular”)
3.3. Elementin mənası: birlik və hərəkət: kəsişmə tayfa daxilində birliyi, həmçinin dörd istiqamətə yayılmanı (köç, genişlənmə) göstərir.
4. Geometrik naxışlar (Ornamentlər)
4.1. Elementin təsviri: dairəni əhatə edən üçbucaqlar, romblar, xətlər, nöqtələr və spiralvari bəzəklərdə ibarətdir.
4.2. Elementin mənbəyi: Azərbaycan xalçalarındakı (Qarabağ, Quba, Şirvan) buta, gül, səndən motivlərindən ilhamlanıb. Bu cür naxışlar Azərbaycan Tarix Muzeyindəki daş tamğalarda, qədim qılınclarda və xalça fraqmentlərində geniş yayılıb.
4.3. Elementin mənası: əbədilik və harmoniya: təkrarlanan naxışlar həyatın davamlılığı, nəsil-nəsil keçən ənənələri ifadə edir.
5. Emblemin ümumi rəngi
5.1. Rəngin təsviri: emblem qara rəngdə təsvir olunub.
5.2. Rəngin mənbəyi: Bu rəng damğalarda ən geniş istifadə olunan rəngdir. Eyni zamanda müasir möhürlərdə və blanklarda en geniş istifadədə olan rəngdir.
5.3. Rəngin mənası: Qədim türk inanclarına görə "qara" — böyüklük, qüvvəti, müqəddəslik rəmzidir.
6. Dairəvi kompozisiya
6.1. Elementin təsviri: bütün elementlər dairə daxilində və onun çevrəsində yerləşdirilib.
6.2. Elementin mənbəyi: Qədim türklərdə damğa, bir qayda olaraq, dairəvi formada daşlara və ya digər bərk əşyalara həkk olunardı.
6.3. Elementin mənası: dairə qapalı sistemi, tayfanın birliyini, düşməndən qorunmanı, bütövlüyü və müdafiəni təcəssüm edir.
7. Emblemdə latın qrafikalı Azərbaycan dilində yazılmış sözlər
7.1. Elementin təsviri: emblemin yuxarısından üzü yuxarıya doğru yay (silah) şəklində təsvir olunmuş “Ağdam rayonunun” sözləri, aşağısından isə üzü aşağıya doğru yay şəklində təsvir olunmuş “Qaradağlı bələdiyyəsi” sözləri yazılıb.
7.2. Elementin mənbəyi: Bələdiyyənin nizamnaməsindəki rəsmin adından götürülüb.
8. Emblemin ümumi mənası: Qaradağlı eli — qara dağlardan gələn, ay işığında birləşən, ox kimi iti və naxış kimi əbədi olan qəhrəman tayfadır. Emblem isə tarixi həqiqətə əsaslanan bədii interpretasiyadır. O, muzey eksponatları, oğuz ənənələri və Qızılbaş simvolikasından sintez edilərək yaradılıb. O, həm müasir brend, həm də tarixi kimlik daşıyıcısı kimi istifadə oluna bilər.02.04.2026-cı il tarixli 09 №-li Protokolun 2-ci Qərarı ilə Bələdiyyənin ilk dəfə Reqlamenti təsdiq edilib. Bu Reqlament Qarabağ Regional Ədliyyə İdarəsinin dəstəyi ilə, beynəlxalq korporativ idarəetmə standartlarına və qanunvericiliyə uyğun tərtib olunub. Reqlamentdə tənzimlənmiş, iclasların keçirmə qaydası və qarşıya çıxan problemlərin həlli Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi Fariz Şirinovun rəhbərliyi ilə 04.06.2026-cı il tarixlində keçirilən videoseminarda geniş müzakirə olunub .
Mərkəzi və ərazisi Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Ağdam rayonunun Qaradağlı kənd inzibati ərazi vahidində yerləşən Qaradağlı kəndi Ağdam rayonunun Qaradağlı bələdiyyəsinin mərkəzidir. Burada məhz Qaradağlı kənd inzibati ərazi dairəsindəki Qaradağlı kəndinin nəzərdə tutulması həmin Bələdiyyənin ərazi hüdudlarına daxil edilmiş digər kəndlərin adlarından da görünür.
Bələdiyyənin ünvanı: Qaradağlı kəndi, Ağdam Rayon İcra hakimiyyətinin Qaradağlı kənd İƏD üzrə nümayəndəliyinin binası.
Həmin Bələdiyyənin ərazisinə aşağıdakılar aiddir: Bələdiyyənin tam adıVÖENBələdiyyə ödəyiciləri üçün vergi koduBələdiyyənin statistik koduƏrazisi (km²) İnzibati ərazi dairəsinin adıİƏD statistik kodu İnzibati ərazi vahidinin adıİƏV statistik koduAğdam rayonunun Qaradağlı bələdiyyəsi320003135132076090900716,1Qaradağlı kənd iəd60909005Qaradağlı kəndi60909018Evoğlu kəndi60909048Rzalar kəndi60909028
Bələdiyyənin fəaliyyəti ilə bağlı digər məlumatlar Bələdiyyə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə” uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvüdür.
"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.
Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir.
Ağdam rayon icra hakimiyyətinin məlumatına əsasın 2025-ci il yanvar ayı üçün Bələdiyyə ərazisində 1281 ev təsərrüfatı fəaliyyət göstərməklə, 5349 nəfər yaşayır.
2025-ci ilin sentyabr ayından Bələdiyyə fəaliyyətini Ağdam rayon İcra Hakimiyəti başşısının Qaradağlı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasında yerləşən yeni ofisində davam etdirir.
İstinadlar
Kateqoriya:Ağdam rayonunun bələdiyyələri Kateqoriya:1999-cu ildə Azərbaycanda yaradılan bələdiyyələr