thumb|250px|right| Göyçay şəhərində Əbülfəzlil Əbbas məscidi, 1903-cü ildə tikilmişdir Göyçay — Azərbaycan Respublikasının Göyçay rayonunun Göyçay şəhər inzibati ərazi dairəsində şəhər, Göyçay rayonunun inzibati mərkəzi. XIX əsrdən şəhərdir.Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 8 Göyçay şəhəri əsəsən Narı, çinar və küknar ağacları ilə məşhurdur.
Tarixi Göyçay şəhəri Bakı–Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmiryolu stansiyasından 18 kilometr məsafədə yerləşir.
"Göyçay" türk sözü olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy rəngə çaldığına görə belə adlandırılmışdır.
Qardaş şəhərlər 20px Valmontone, İtaliya
Lida şəhəri, Belarus Respublikası
Əhali AzStat-ın yayımladığı 13 – 22 aprel 2009-cu il tarixinə olan ümumölkə əhali siyahıyaalınmasının yekunlarına əsasən şəhərdə 36.786 nəfər yaşayır.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi : Göyçay rayonu
Tanınmışları Əli Kərim (1931–1969) — Şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əjdər Xaspoladov (1901-1986) — SSRİ-nin ilk ədliyyə generallarından biri. Ələkbər Eminov (1908-?) — Siyasətçi, Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibi. Ənvər Məmmədxanlı (1913–1991) — Azərbycanın xalq yazıçısı. Fərhad Əhmədov (1955-) — Rusiyanın "Nortqaz" kompaniyasının prezidenti. Məmməd Quliyev (1936–2001) — Görkəmli bəstəkar, əməkdar incəsənət xadimi, pedaqoq, ictimai musiqi xadimi. Oqtay Maqsudov (1937-2018) — Ədliyyə general-mayoru, Azərbaycan Respublikasinın əməkdar hüquqşünası. Sadıq bəy Ağabəyzadə (1865-1944) — Azərbaycan Demokratik Respublikasının daxili işlər nazirinin müavini, general — mayor. Şahin Sultanov (1959-) — Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, kontr–admiral. Şəfahət İmranov (1972-) — Ədliyyə general mayoru. Şövqi Göyçaylı (1935-) — AMEA-nin üzvü, coşrafiyaşünas alim. Piri Məmmədov (1940-2008) — Azərbaycan Respublikasının əməkdar jurnalisti. Rauf Hüseynov (alim) (1940-2019) — AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin müdiri, Fizika-riyaziyyat elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2007). Rəsul Rza (1910–1981) — Azərbaycanın xalq şairi, Sosialit Əməyi Qəhrəmanı. Telman İsmayılov (1956-) — AST şirkətlər qrupunun rəhbəri (Rusiya). Yuri Kovalyov (1965–1991) — Azərbaycanın Milli Qəhrəmanı
İstinadlar
Kateqoriya:Göyçay rayonunun şəhərləri