() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Yarpaqları üst tərəfdən tikanlarla qismən sıx örtülmüşdür, alt tərəfdən hörümçək toruna oxşar tüklü olub, keçə tüklərə qədər dəyişir, xətvari-uzunsovdur, uzunluğu 5–15 sm, eni 2–7 sm-dir, gövdəyə tədricən birləşəndir, üçkünc-neştərvariyə lələkvari bölünmüşdür, 2–3 ədəd ayrı dilimlərinin bölümləri uc hissədə uzunsərt tikanlı, kənarları isə xırda nazik tikanlıdır. Səbətləri tikanlı və xirda yarpaqlı gövdə və budaqların uc hissəsində yerləşib, yumurtaşəkillidir, təkdir və eni 2,5 −4,5 sm-dir. Çiçəkləri çəhrayı rəngdən bənövşəyi-tünd qırmızı rəngədək dəyişir. Toxumları 3–4 mm uzunluqdadır, sarımtıl və ya açıq-qəhvəyi rəngdə olub, qara uzununa zolaqlıdır; kəkili ağımtıldır. İyun ayında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir.
Azərbaycanda yayılması Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər yayılmışdır.
Yaşayış mühiti Meşə talalarında, yol boyunca, ruderal bitki kimi yaşayış evlərinin yaxınlığında rast gəlinir.
Sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1836-cı ildə təsvir edilən bitkilər Kateqoriya:1798-ci ildə təsvir edilən bitkilər Kateqoriya:İraq florası Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Afrika florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Qida bitkiləri Kateqoriya:Türkiyə florası