Zaqafqaziya Seymi və ya Cənubi Qafqaz seymi — Zaqafqaziya Komissarlığı tərəfindən 23 fevral 1918-ci ildə Tiflis şəhərində toplanmış nümayəndəli qanunverici dövlət orqanı. Seymin üzvləri Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə qələbə qazanmış, eləcə də digər siyasiy partiyaların nümayəndələri idilər. Seymin rəhbəri Gürcüstan Sosial Demokrat Partiyasının üzvü olan Nikolay Çxeidze idi.

1918-ci il martın 26-da Seym Zaqafqaziya Komissarlığının istefasını qəbul edərək Müvəqqəti Zaqafqaziya Hökumətini yaratdı. 22 apreldə isə Seymdə Zaqafqaziya Demokratik Federativ Respublikası adı altında müstəqil dövlətin yaradıldığı elan edildi. Bu dövlət may ayının sonlarında parçalandı və onun yerində Azərbaycan, Gürcüstan, Ermənistan Respublikaları quruldu.

Tarixi Rusiyada Müvəqqəti Hökumətin bolşeviklər tərəfindən 1917-ci ilin oktyabr ayında devrilməsindən sonra Tiflisdə Cənubi Qafqazın idarə edilməsi üçün Zaqafqaziya Komissarlığının yaradıldığı elan edildi. Zaqafqaziya Komissarlığının bəyannaməsində göstərilirdi ki, o, "yalnız Rusiya Müəssislər Məclisinin çağırışına qədər, onu çağırmaq mümkün olmadıqda isə… Zaqafqaziya və Qafqaz Cəbhəsindən olan Müəssislər Məclisinin üzvlərinin qurultayına qədər" fəaliyyət göstərəcək.

Müəssislər Məclisinin dağıdılması 1918-ci il yanvarın 18-də Petroqradda əksəriyyəti menşeviklərin və SR-lərin nümayəndələri olan Müəssislər Məclisi öz işinə başladı. Deputatların əksəriyyəti bolşevik hakimiyyətini və II Ümum-Rusiya Sovetlər Qurultayının qərarlarını tanımaqdan imtina etdilər. Buna cavab olaraq bolşeviklər Müəssislər Məclisini dağıtdılar. Müəssislər Məclisinə dəstək verən Zaqafqaziya Komissarlığı bolşeviklərə qarşı açıq düşmən mövqeyi tutmaqla birlikdə, bolşevik hakimiyyətini tanımamağa da davam edirdi. Gürcü menşeviklərin gözündə Müəssislər Məclisinin dağıdılması Cənubi Qafqaz ilə Rusiya arasında son kövrək olan əlaqənin də kəsilməsi demək idi. Menşeviklərin Seymi yaratmaq təklifi Daşnakların və SR-lərin şiddətli müqaviməti ilə qarşılaşdı. Eyni zamanda Müsavat Partiyasının bu fikri dəstəkləmədiyi halda Seymin formalaşdırılması mümkün görünmürdü. Azərbaycanlı menşeviklər hesb edilən Hümmət gürcü yoldaşlarının ideyasını dstəkləyirdilər. Hümmətçilər Nərimanovun bolşeviklərdən tərəf siyasətini rədd etməkdə idilər. Keçirilən səsvermədə 2 səs çox olmaqla Seymin yaradılması təklifi qəbul edildi. Beləliklə, 10 fevral 1918-ci ildə Tiflisdə Seymin açılış mərasimi keçirildi. Zaqafqaziya Seyminə Müəssislər Məclisinə Zaqafqaziyadan seçilmiş deputatlar daxil idi. Seymin çağırılması Zaqafqaziyanın Sovet Rusiyasından ayrılması yolunda ilk addım oldu.

Bolşeviklər Seymin yaradılmasına şiddətlə qarşı çıxmışdılar. Buna cavab olaraq Komissarlıq Bolşevik qəzetlərini qapatdı, lakin qısa müddət sonra bu qəzetlər bir başqa adla yenidən nəşr edilməyə başlandı. Seymin açılış günündə bolşeviklər Tiflisin Aleksandrovski bağında mitinq təşkil etdilər. Polisin dağılışmaq tələblərinə uymayan bolşeviklər güllə baran edildilər. Güllə baran hadisəsini araşdırmaq üçün formalaşdırılan komissiya sonda Tiflis Sovetinə məruzəsində bildirdi ki, güllə baran polis komandanının əmri əsasında olmamış, kütlə içindən polisə atəş açılması ucbatından spontan şəkildə cərəyan etmişdir. Nəticədə Tiflis Soveti gülləbaranın günahkarının bolşeviklər olduğunu bildirdi.

Fraksiyaları Zaqafqaziyanln gələcəyinə yanaşmaları 1918-ci ilin fevalında yaradılan Zaqafqaziya seymi mərkəzdən ayrılma yolunda desentralistlər üçün daha bir addım idi. Seymdə gürcü menşeviklərin adından çıxış edən Noy Jordaniya bolşevikləri həm çevrilişə, həm də Brest-Litovskda almanlara təslim olmağa görə qınayırdı. O, Zaqafqaziyanın müstəqil dövlət olmaqla kantonlara bölünəcəyini təxmin edirdi. Daşnaklar adına danışan Xaçaznuni gürcülərin separatçılığa çox meyilləndiyini düşünməklə birlikdə, Zaqafqaziyanın muxtariyyət almasını təklif edirdi. O, kantondan çox çoxluq əsasında fevedrativ quruluş qurulmasından tərəfdar idi. O, gələcəkdə Zaqafqaziya hökumətində əsl sosialist partiyaların iştirak etməsini təklif etməklə Müsavatı buradan kənarlaşdırmağa işarə edirdi. Milli qarşıdurma əsasında bu çıxışı edən Xaçaznuni Müsavatın hökumətdən kənarlaşdırmağa çalışırdı. Seymdəki azərbaycanlı deputatlar arasında yekdillilik yox idi. Müsavatın Gəncədən olan üzvü Həsən bəy Ağayev ənənəvi rus mərkəziyyətçiliyini iflasa uğramış və köhnə adlandırırdı. Müsavatçılara görə gələcək öz müqəddəratını təyin etmədə və milli muxtariyyətdə yatmaqda idi. Müsavatçılar ayrılma sözünü dilə gətirmədən Seymi suveren orqan kimi tanıdıqlarını, Müəssislər Məclisinə bənzər qurum kimi qəbul edirdilər. Muxtariyyət fikri hakim olsa da, onun nə cür həyata keçirilməsi məsələsi müsəlmanlar arasında ziddiyyət təşkil edirdi. İttifahçılardan. Mir Yaqub Mehdiyev qrupunun Rusiyadan ayrılmaya qəti qarşı olduğunu bildirmişdi. O, düşünürdü ki, demokratik Rusiya özünün dini və milli azlıqlarına milli mədəni haqlar verəcəkdir. Onlar Seymin Zaqafqaziyada ali, amma müvəqqəti orqan kimi tannımasının tərəfdarı idilər.

Tərkibi thumb|Zaqafqaziya Seyminin üzvü H. S. Axundzadənin şəhadətnaməsi Seym əslində Zaqafqaziyada müəyyən müddətdir ki mövcud olan qanunverici məclis problemini həll etmək üçün formalaşdırılmışdı və 125 nümayəndədən ibarət idi: gürcü menşevikləri 32 deputat, Müsavat və ona qatılmış partiyasız müsəlman qrupu nümayəndələri — 30 deputat, Ermənistan Daşnaksütyun Partiyası — 27 deputat, Müsəlman Sosialist Bloku — 7 yer, İttihad ("Rusiyada İslam") – 3, Müsəlman Sosial-Demokrat Partiyası – 4. Bundan başqa, Seymdə SR-lərin 6, milli demokratların 1 və Erməni Xalq Azadlıq Partiyasının nümayəndələri də var idi. Menşevik fraksiyasının nümayəndəsi Nikolay Çxeidze çağırılan Seymin sədri, Zaqafqaziya Komissarlığının keçmiş rəhbəri Yevgeni Gegeçkori isə hökumətin başçısı seçildi.

1918-ci il fevralın 23-də Tiflisdə Seymin ilk iclası keçirildi, lakin Müsavatın demək olar ki, bütün nümayəndələri Yelizavetpol qubernatorluğunda siyasi fəaliyyət ilə məşğul olduqları üçün toplantıda iştirak etmirdilər.

Hökumət məsələsində isə tərəflər arasında razılıq əldə olunmamışdı. Seymin daxilindəki fraksiyalar arasında müxtəlif məsələlər ətrafında mübahisələr yarandı ki, bu da öz növbəsində Seymin səmərəliliyinə təsir etməyə bilməzdi.

Daxili siyasət Seym yaradıldığı zaman Cənubi Qafqazda dövlətin müdaxilə etməsini gözləyən iki vacib məsələ var idi. Bunlar milli və aqrar məsələ idi. Lakin Seym tərəfindən qəbul edilən qərarlar heç bir müsbət nəticə vermədi. Deməli, 1918-ci ilin yazında qəbul edilmiş "Mülkiyyətçilərə qalan torpaqların normasının müəyyən edilməsi və torpaq islahatının həyata keçirilməsi tədbirləri haqqında" qanun işləmədi. Torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin olmaması aqrar iğtişaşların artmasına səbəb oldu.

Kəndlilərin aqrar məsələsinin tam olaraq həll edilməməsinə görə hökumətlə olan problemləri bir qədər sonra Kutais və Tiflis quberniyalarında üsyanların meydana çıxmasına gətirib çıxardı.1918-ci ilin aprelində Suxumida Sovet hakimiyyəti yaradıldı. Üsyana müdaxilə edən Zaqafqaziya hökuməti Suxum dairəsi boyunca — bircə Kodori dərəsi istisna olmaqla, üsyanı yatırmağı bacardı. Üsyanı yatıran qüvvələr Zaqafqaziya Komissarlığının və Gürcü Milli Qvardiyasına məxsus idilər. Üsyanlar martda da olmuşdu. Saçxere və Çiaturi bölgələrində də kədli üsyanları olmuş və üsyanlar yatırılmışdı.

Milli məsələlərin həlli istiqamətində də Seym uğursuzluqla üzləşdi. Belə ki hökumət getdikcə artan millətlərarası toqquşmaların qarşısını ala bilmədi. Məsələni yumşaltmaq üçün müxtəlif millətlərin nümayəndələrindən təşkil edilmiş komissiyaların da regionda millətlərarası məsələləri həll etməkdə heç bir rolu olmadı. Rus araşdırmaçı Vadim Muxanova görə, vəziyyətin belə olmasının səbəbi onda idi ki, Cənubi Qafqazdakı böyük partiyaların əksəriyyəti bu və ya digər dərəcədə bu toqquşmalarla bağlı idilər. Yəni əslində bu toqquşmaları ortaya çıxaran şəxslər elə onlar idi. Yenə bu müəllifə görə, məsələn müsavatçılar müsəlman əhalini qorumaq üçün bölgəyə Türk hərbi birləşmələrini gətirmək istəyirdilər. daşnak rəhbərləri erməni birləşmələrinin yerli müsəlmanlara qarşı repressiyalarına mane olmur, özlərini onunla əsaslandırırdılar ki, sonuncular hərbi eşelonların hərəkətinə mane olur və erməni birləşmələri onların yolu ilə döyüşməli olurlar.

1918-ci ilin yanvarından etibarən ermənilər və azərbaycanlılar arasında toqquşmalar bütün bölgə boyunca baş verdi. Azərbaycan və erməni kəndlərinin ilk yandırılması qeydə alındı. Agentləri müsəlman əhali arasında fəal təbliğat aparan Türkiyə Zaqafqaziyada gərginliyin artmasında mənfi rol oynadı.

Gürcü menşeviklərinin liderlərindən biri Akaki Çxenkeli qeyd edib ki, "Türk oriyentasiyasına sadiq qalan silahlı müsəlman əhali özünü türk əsgəri adlandırır və anarxik təzahürləri ilə bütün xristian əhalini dəhşətə gətirir". Eyni zamanda Qərbi Azərbaycan bölgəsində yaşayan etnik azənbaycanlıların da öz yuvalarından qovulması və qırğınlara məruz qalması prosesi davam etməkdə idi.

Hər iki icmanın milli şuralarının Tiflisdə təşkil edilən görüşməsi heç bir nəticə vermədi və gərginlik daha da böyüdü. Hökumət artan zorakılıq və anarxiya qarşısında, eləcə də türklərin yaxınlaşan istilası fonunda xarici təhlükə qarşısında aciz qaldı.

Türkiyə ilə münasibətlər məsələsi 1918-ci ilin əvvəllərində Rusiya ordusu əslində Qafqaz cəbhəsini tərk etdi. Tərk edən rus əsgərlərinin yerini erməni korpusu aldı. Bu korpusun hələ təşkil edilməsi məsələsi sona çatmamışdı. Seymin təşkil edilməsindən 2 həftə sonra Türk ordusu rusların cəbhəni tərk etməsindən yararlanaraq 17 dekabrda imzalanmış Ərzincan atəşkəsinin maddələrini pozaraq tam hücuma keçdilər. Onların hücumlarının əsas istiqaməti Ərzurum, Van və Qara dəniz sahili bölgələr idi. Qısa müddət sonra 13 fevralda Ərzincan, 24 fevralda Trabzon onlar tərəfindən ələ keçirildi. Bu hücumlar qarşısında məğlub edilən və cəbhəni tərk edən rusların yerinə yerləşdirilmiş erməni hərbi birləşmələri də Cənubi Qafqaza doğru geri çəkilirdi.

Elə Seymin də ilk toplantılarında Türkiyə ilə münasibətlər məsələsi qızğın şəkildə müzakirə edildi. Müzakirələrdə Türk hücumu fonunda onlarla münasibətlər və müstəqillik məsələsi müzakirə edilməkdə idi. Seymdəki Daşnak fraksiyası Cənubi Qafqazı Rusiyanın tərkib hissəsi kimi, amma muxtar hüquqlarla saxlanılmasını, bölgənin isə milli kantonlara bölünməsini, Anadoluda ermənilərin iddia etdikləri bölgələrə isə milli öz müqəddəratını təyin etmə əsasında iddialar irəli sürülməsini təklif edirdilər. Azərbaycan nümayəndələri isə Rusiyadan ayrılmağı və müstəqillik elan etməyi, Türkiyə ilə sülh müqaviləsi imzalanmasını və daxili işlərə müdaxiləni ortadan qaldırmağı təklif edirdilər. Gürcüstan tərəfi Zaqafqaziyanın müstəqilliyinin elan edilməsi və Türkiyə ilə müstəqil müqavilənin bağlanması məsələsində azərbaycanlıları əsas etibarilə dəstəklədi, çünki Zaqafqaziyanın Türkiyə ilə hərbi qarşıdurma üçün sadəcə gücü yox idi.

Erməni nümayəndələrinin inadlı müqavimətinə görə Cənubi Qafqazın Rusiyadan müstəqilliyini elan etmək məsələsi ertələndi. Zaqafqaziyanın Türkiyə ilə ayrıca sülhə dair gələcək danışıqlarda tutduğu mövqeyə gəlincə, Seym uzun müzakirələrdən sonra aşağıdakı qətnaməni qəbul etdi:1. Bu şərtlər daxilində Seym Türkiyə ilə müqavilə bağlamaq üçün özünü səlahiyyətli hesab edir.

2. Türkiyə ilə danışıqlara başlamaqla Seym son sülhü imzalama hədəfini güdür.

3. Sülh müqaviləsinin şərti Rusiya ilə Türkiyə arasında 1914-cü ildə mövcud olmuş sərhədləri bərpa etməkdir.