Alqirdas Brazauskas () — Litva Respublikasının 5-ci Prezidenti (25 fevral 2006 – 25 fevral 2011) olub.

Həyatı Alqirdas Brazauskas 1932-ci il sentyabrın 22-də Rokişkisdə anadan olub. Gələcək prezidentin əmək fəaliyyəti tikinti sahəsində başlayıb. Sonradan o, Litva Kommunist Partiyasının nüfuzlu üzvlərindən biri olub və onun SSRİ Kommunist Partiyasından ayrılması təşəbbüsü ilə çıxış edib. Brazauskas əvvəlcə Litva Kommunist Partiyasının birinci katibi seçilib, sonra isə Litva Demokrat Əmək Partiyasının lideri olub.

SSRİ-nin dağılması və Litvanın müstəqillik əldə etməsindən sonra Brazauskas siyasi fəaliyyətini davam etdirib və 1992-ci ildə Seymin sədri seçilib. 1993-cü ildə isə ölkə prezidenti olub. Brazauskas 1998-ci il seçkilərində namizədliyini ikinci dəfə irəli sürməyib. 2001-ci ildə baş nazir postuna təsdiq olunub və 2006-cı ilə qədər bu vəzifədə qalıb.

O, uzun sürən xəstəlikdən sonra 26 iyun 2010-cu ildə 78 yaşında Vilnüsdəki evində keçinib.

İstinadlar

Xarici keçidlər Litvanın keçmiş prezidenti Alqirdas Brazauskas vəfat edib

Kateqoriya:Litva siyasətçiləri Kateqoriya:Litva prezidentləri Kateqoriya:Litva baş nazirləri Kateqoriya:Limfomadan ölənlər Kateqoriya:Prostat xərçəngindən ölənlər Kateqoriya:Sov.İKP-nin XIX konfransının nümayəndələri Kateqoriya:SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasını tərk edənlər