Hidrosfer ( — su və — sfera-kürə, təbəqə) – Yerin su təbəqəsi. Bura okean və dənizlər, qurudakı su obyektləri olan buzlaqlar, yeraltı sular, çaylar və göllər daxildir. framed|right

Hidrosferin mənşəyi 400x400px|thumbnail|right|Hidrosferin inkişafı qrafiki

Su yerdə ən çox yayılmış mineraldır. Su ilə zənginlik Yerin kosmik xüsusiyyətidir. A.P.Vinoqradova görə Yer böyüyərək təqribən müasir kütləsinə çatdıqda qızmağa başlamış, mantiyadan maddələr əriyərək uçucu, tezəriyən və çətinəriyən komponentlərə ayrılmışdır. Çətin əriyən komponentlər mantiyada qalmış, tezəriyənlər bazalt şəklində Yer qabığını əmələ gətirmişdir. Uçucu komponentlərlə su buxarı da Yer səthinə qalxmışdır.

Yer səthi tədricən soyuduqca su buxarından su təbəqəsi — hidrosfer formalaşmışdır. İlk vaxtlar mantiydan ayrılan maddənin 92%-ni bazalt və 8%-ni su kütləsi təşkil etmişdir. Su müasir vulkan lavalarında da təqribən o qədərdir. Paleozoyun əvvəlində Yerin hodrosferi müasir həcminə yaxın olmuş və o zamandan bəri çox dəyişməmişdir. Mantiyadan indi də su ayrılır (ildə 1 km³-ə yaxın), ona yuvenil su deyilir.

Su mantiyadan ayrılıb buxar halından damla-maye halına keçən zaman digər uçucu maddələri də həll etmişdir. Ona görə də Dünya okeanı meydana gəldiyi vaxtdan minerallaşmışdır. Eyni zamanda rütubət dövranı yaranmışdır. Su atmosferə və materikə nüfuz etmişdir. Çaylar, göllər, yeraltı sular və buzlarqlar meydana gəlmişdir.Л. П. Шубajeв. Yмуми Jершyнаслыг. Бакы.1986.с.222–224Eminov Z. N."COĞRAFİYA" (Məlumat kitabı). Bakı, "Çıraq" nəşriyyatı, 2004.səh.169–173

Hidrosferin yaranması Müəyyən edilmişdir ki, planetdəki maye suyun ümumi miqdarı 2 milyard km3-dən çoxdur. Həcminə görə birinci yer okean suları, ikinci yeri buzlaq və daimi qar suları, üçüncü yeri yeraltı sular və nəhayət dördüncü yeri göl və çay suları tutur. Sonuncuların miqdarı az olsa da onlar tez bərpa olunduğuna görə, su dövranının əsas həlqəsini təşkil edir. Su dövranının əhəmiyyəti nədir? Tədqiqatlar göstərir ki, su atmosferdə 8 gündən, çaylarda 16 gündən, axrlı göllərdə 17 il, axarsız göllərdə 350 il, daimi buzlaqlarda 15min ildən, yeraltı sularda isə 250 min ildən sonra bərpa olunur və yaxud təzələnir.

Yerdə suyun əsas mənbəyi onun daxili təbəqələri, o cümlədən mantiya hesab edilir. Belə ki, Yerin planetar inkişaf mərhələsinin "Ay erası"nda kütləvi surətdə püskürərək yer səthinə çıxan qızmar mantiya maddəsinin soyuması nəticəsində, həmin maddələrin tərkibində ayrılan müxtəlif qazlar və su buxarı yerətrafı məkana daxil olmuşlar.

Yerdə və yaxud su planetində maye suyun yaranmasının ikinci mənbəyi kosmik fəzadan yer atmosferinə daxil olan su hesab edilir. Müasir tədqiqatlar göstərir ki, Günəşdən baş verən püskürmələr nəticəsində ondan ayrılan hidrogen və oksigen molekulları birləşərək Yerdən 250 km yüksəklikdə yeni su molekulları əmələ gətirir və bunun bir qismi planetə daxil olur. Digər mənbə isə meteroidlərdən ayrılan su hesab edilir.

Hidrosferin inkişafı Yerin su təbəqəsi litosfer, atmosfer və canlı təbiətlə birlikdə inkişaf etmişdir. Arxeydə su dövranı qısa okean-atmosfer-okean sxemi üzrə getmişdir. Yaşıl bitkilər olmamışdır, su fotosintezlə parçalanmırdı. Proterozoydan etibarən canlı maddələrin kütləsi artmağa başlamışdır. Hidrosferin(həm də atmosferin) inkişafında fotosintez fəal iştirak etmişdir. Paleozoyda Lavrasiya və Qondvana şiddətli dağ əmələgələ inkişafı keçirmişdir. Okean və dənizlərin sahəsi böyümüşdür. Mezozoyda və paleogendə Lavrasiyanın və Qondvananın parçalanması nəticəsində müasir okeanlar yarandı. Okeanların yaşı müxtəlifdir. Ən qədimi Sakit okean, daha cavanı isə Atlantik okeandır. Hidrosferin həcmi barəsində üç fikir vardır: həcmi sabit qalmışdır. həcmi böyümüş. həcmi kiçilmişdir. Hidrosferin sabitliyi hipotezinə görə suyun əmələ gəldiyi hidrogen və oksigen atomlarının sayı geoloji dövr ərzində sabit kəmiyyətdir. Bu müddəa ümumi məlum faktlara: 1) Yer ilə kosmos arasında maddələr mübadiləsi faktına, 2) təbiətin inkişafı faktına ziddir. Alimlərin çoxu hidrosferin fasiləsiz böyüməsi konsepsiyasına tərafdardır. Təxmini hesablamalara görə hidrosferin 1000 il ərzində orta hesabla 1 mm böyüyür. Hidrosferin kiçilməsi fərziyyəsi Yerin təkindən su gəlməsi prosesinin qurtarmasına, onun litosferdə gedən fiziki və kimyəvi proseslər nəticəsində fasiləsiz və sonsuz olaraq bağlı hala keçməsinə əsaslanır. Yerin tədricən quraqlaşmasına Böyük Səhra və Mərkəzi Asiyanın aridləşməsi ilə təsdiq olunur.Coğrafiya ensklopediyası. I kitab. Bakı 2012.səh 162–163(azərb)

Hidrosferin həcmi və hissələri 400x300px|thumbnail|right|Hidrosferin hissələri Hidrosfer Dünya okeanından, qurunun sularından (çaylar, göllər, buzlaqlar), habelə belə yeraltı sulardan ibarətdir. Beləliklə, litosfer və atmosfer kimi hidrosfer də arasıkəsilməzdir. Hidrosferə, adətən, atmosferin buxarşəkilli və damla-maye suyunu aid etmirlər. Son hesablamara görə hidrosferin həcmi təqribən 1,5 mlrd.km³-ə bərabərdir. Suyun əsas kütləsi-1 370 322 min km³-i(94%-ə yaxın)okeanlarda cəmlənmişdir.

Hazırda hidrosferin yeraltı hissəsinin həcmi aşağıdakı kimi qiymətləndirilir: suyundan istifadə üçün əlçatan üst beş kilometirlik layda 60–61 mln.km³ su vardır. bu miqdar sudan 4 mln.km³ fəal sirkulyasıya edən su bir kilometirlik üst qatda yerləşir. litosferin 10–15 kilometrlik qatında kimyəvi və fiziki cəhətdən bağlı halda 150 mln.km³-ə yaxın su vardır. O, rütubət dövranında iştirak etmir, lakin coğrafi təbəqə üçün maye su ehtiyatıdır. Antaraktida, Arktika və dağalıq ölkələrin buzlaqlarında 24 mln.km³-ə yaxın şirin su toplanmışdır. Avropa ölkələri artıq ondan istifadə edirlər. Buzlaqlardakı suyun həcmi hidrosferin 1,65%-ni və Yerdə şirin su ehtiyatının 90%-ə qədərini təşkil edir. Qurunun səth suları planetin suyunun kiçik bir hissəsidir (0,04–0,06%). Göllərdə 230 min km³, su anbarlarında 5 min km³ su vardır. Çaylarda cəmi 1,2 min km³ su və ya bütün hidrosferin təqribən 0,0001%-i toplanmışdır və onun rolu xüsusi həcmi ilə yox, əvəzolunma tezliyi ilə müəyyən edilir. Beləliklə, Yerdə eyni zamanda şirin su ehtiyatı 32 mln.km³-ə yaxındır (buzlaqlar, şirinsulu göllər, çaylar və yer qatının yeraltı suları) Canlı orqanızimlərdəki suyu da hidrosferə aid etmək olar. Bioloji bağlı su təqribən 50 km³-dir. Quruda yaşayan orqanizimlərin 80%-ni, su orqanizimlərinin 90%-ni.sporların 50%-ni su təşkil edir. Aşağıdakı rəqəmlər təbiisuların təzələnmə müddəti haqqında təsəvvür yaradır: Antaraktidanın və Qrelanadiyanın buzları 15 min il ərzində, üst bir kilometirlik qatdakı yeraltı 300 il ərzində. Göl suları 3,5 il ərzində, torpaq suları 8–11 ay ərzində, çay suyu isə 12 günə təzələnir.Eminov Z. N."COĞRAFİYA" (Məlumat kitabı) İ hissə. Ümumi fiziki və iqtisadi coğrafiya. Bakı, 2000, səh 256–258 + Hidrosferin həcmi Hidrosferin hissələri Həcmi, min km³ ilə Ümumi həcimdən payı,% ilə Okean 1 370 322(1 338 000) 93,93 Yeraltı sular 60 000 4,12 o cümlədən fəal sular 4 000 0,27 Buzlaqlar 24 000 1,65 Göllər 230 0,16 Çaylar 1,2 0,0001 Torpaq rütubəti 75 0,005 Atmosfer rütubəti 14 0,001 CƏMİ 1 458642,2 100

Dünya okeanı

Dünya okeanını okeanologiya elmi öyrənir. Dünya okeanının arasıkəsilməz su səthi planetimizin səthinin 70,8% sahəsini tutur. Coğrafi təbəqənin ən mühüm cəhətləri maddənin və enerjinin planetar mübadiləsi ilə müəyyən olunur. Mübadilə okean-atmosfer-materik sistemi ilə yerinə yetirilir. Dünya okanının bizim planetin təbiətində çox böyük rolu olduğundan hidrosferlə yanaşı, okeanosferi də ayrıca öyrənmək düzgün olardı.

Dünya okeanının hissələri "Okean" adı mifik Okean çayının adındandır. Babilistanlılar və misirlilər görüşlərinə görə bu çay qurunun yastı diskini əhatə edirmiş. 1650-ci ildə coğrafi kəşflər düvüründən sonra beş okean müəyyən olundu: Böyük, yaxud Sakit, Atlantik, Hind, Şimal Buzlu və Cənub Buzlu okean. 1845-ci ildə bu bölgü London coğrafiya cəmiyyəti tərfindən tasdiq olundu. XIX əsrin sonunda Şimal və Cənub Buzlu okeanlarının müstəqilliyi şübhə altına alındı. Şimal Buzlu okeanı Atlantik okeanının Aralıq dənizi oldu. Cənub Buzlu okeanı Sakit, Atlantik və Hind okeanları arasında bölündü. XX əsrin 30-cu illərində Arktika Öyrəniləndən sonra Şimal Buzlu okeanın müstəqilliyi qəbul olundu. Və cənub qütüb dairəsinin sularının öyrənilməsi Cənub okeanının da müvcud olmasını söyləməyə əsas verir.Kərimov. Ş. Ümumi yerşünaslıq. Bakı : Azərtədrisnəşr , 1961.səh.39–41:ru:Мировой океан

Dəniz okeanın fiziki-coğrafi, əsasən hidroloji və iqlim xüsusiyyətlərilə fərqlənən əlahiddə hissəsidir. Materiklərin və okeanların təmasetmə xarakterindən asılı olaraq dənizlər üç qrupa bölünür: Kənar dənizlər. Okeandan ya adalar arxipelaqı ilə və ya yarımadalarla ayrılır. Daxili dənizlər. Bunlar materiklərin içərilərində və ya materiklər arasında olur.. Adalararası dənizlər. Adalarla əhatə olunur. Dənizlərlə bərabər Dünya okeanının hissələrinə körfəzlər və boğazlarda aiddir. Ölüdəniz körfəzi|thumbnail|right

Körfəzlər — okeanın və ya dənizin quruya daxil olmuş, lakin su hövzəsilə sərbəst su mübadiləsi olan hissəsidir. Körfəzin hidroloji və hidrobioloji xüsusiyyətləri, mənsub olduğu hövzənin xüsusiyyətlərindən nadir hallarda fərqlənir.

Boğazlar — iki quru sahəni bir-birindən ayıran və ya iki su hövzəsini birləşdirən ensiz su zolağıdır.

Quru suları

Göllərdə, çaylarda, bataqlıqlarda, su anbarlarında, buzlaqlarda, habelə yeraltında olan sulara quru suları deyilir.

Çaylar

Quruda özünün əmələ gətirdiyi yataq üzrə hərəkət edən su axını çay adlanır. Hər bir çay uzunluğu, dərəsinin eni, düşməsi, meyilliliyi, axın sürəti, su sərfi, asılı maddələrin miqdarı, suyunun kimyəvi tərkibi, hövzəsinin sahəsi ilə səciyələnir.

Göllər

Qurunun, suyu durğun və ya az axarlı olan, okeanla ikitərəfli qarşılıqlı əlaqəsi olmayan, özünə məxsus həyat şəraiti və spesifik orqanizimləri olan daxili sututarlarına göl deyilir. Göllər yarandıqları çuxurlarının mənşəyinə görə aşağıdakı qruplara bölünür: Tektonik göllər. Uçqun göllər. Vulkanik göllər. Meteorit göllər. Buzlaq mənşəli göllər. Kars gölləri. Eol gölləri. Su-erozion-akkumlyativ göllər.

Bataqlıqlar

Yer səthinın ifrat nəmlənmiş və 30 sm-dən az olmayaraq torf qatı ilə örtülmüş əraziləri bataqlıq adlanır. Bataqlıqlar quru və su obyektləri arasında keçid vəziyyətdə olan ərazilərdir. Bataqlıqlar Avrasiya və şimalı Amerikanın şimal hissəsində və çöl zonlarında, eləcə də Brazıliya və Hindistan yarımadasında geniş yayılmışdır.

Buzlaqlar

Buzlaqları öyrənən elm qlyasilogiya adlanır. Qurunun 11%-dən çoxunu tutan buzlaqlar Antaraktida materikini və Qrelandiya adasını, Şimal və cənub qütüb ətrafındakı adaları tamamilə örtən örtük buzlaqlardan (buzlaqların 98%-i) və qar xəttindən yüksəkdə yerləşən dağ buzlaqlarından ibarətdir. Elmdə qar və buz təbəqəsini xionosfer (yun.xionos-qar) adlandırırlar.

Su anbarları

Buraya su anbarları və həm də su kanalları daxildir. Hal — hazırda dünyada 60 mindən çox su anbarı mövcuddur. Ümumi həcmi 6,6 min km³, sahəsi isə 400 min km²-dir.

Yeraltı sular

Yeraltı suya həm hidrosferin, həm də Yer qabığının bir hissəsi kimi baxılmalıdır. Yeraltı su bir-birindən fərqlənən iki hissədən ibarətdir: həcmi 60 mln.km³-ə yaxın olan, müasir rütubət dövranında iştirak etməyən dərinlik suyu. həcmi təqribən 4 mln.km³ olan damal-maye su. Qalınlığı tayqa zonasında 2–3 m, çöl zonasında 20–30 m və savanna zonasında 50 m-ə qədər olan aerasiya qatından altda həmişə sulu ilk horizont yerləşir. Onun suyu qrunt suyu adlanır. Qrunt sulardan altda artezian suyu yerləşir.

Hidrosferdə su dövranı

400px|Su dövranı|thumbnail|right Yer səthində suyun dövranı dairəvi olaraq baş verir, bütün əraziləri və su hövzələrini əhatə edir. Bu dövranda hidrosferin bütün elementləri iştirak edir, eyni zamanda onlar üçün qidalanma mənbəyidir.